Bakıda yeni sərgilər keçiriləcək

Mayın 24-də İteca Caspian şirkəti “17-ci Azərbaycan Beynəlxalq Qida Sənayesi”, “1-ci Xəzər Beynəlxalq Plastik kütlələr və Kauçuk”, “5-ci Yubiley Qafqaz Beynəlxalq Mehmanxana, Restoran və Supermarketlər üçün avadanlıq və ləvazimatlar” sərgilərinin açılışına həsr olunmuş mətbuat konfransı keçirdi.

Tədbiri açan sərginin direktor müavini Bəhruz Hidayətzadə sərgi haqqında geniş məlumat verdi. Onun sözlərinə görə, Azərbaycanda ilk dəfə keçiriləcək “Plastex Caspian” I Xəzər Beynəlxalq Plastic kütlələr və kauçuk sərgisində 20 şirkət iştirak edir və onların arasında plastic və kauçuk emalı üçün avadanlıq isyehsalçılarından tutmuş xammal və aşqar (əlavə) istehsalçılarına qədər polimerlər bazarının ən iri dünya liderləri vardır.

Tədbirdə söz alan “5-ci Yubiley Qafqaz Beynəlxalq mehmanxana, restoran və supermarketlər üçün avadanlıq və ləvazimatlar” sərgisinin meneceri xanım Dərya Cəfərli bu sərginin təşkilatçılarının “İteca Caspian LLC” və “İTE Group PLC”olduğunu bildirdi.

“17-ci Azərbaycan Beynəlxalq qida sənayesi” sərgisinin meneceri Maya Qafarlı isə əlavə etdi ki, artıq 17 dəfədir keçirilən bu sərgi fəaliyyət göstərdiyi illər ərzində mövcud olan əlaqələrin möhkəmləndirilməsinə, yeni tərəfdaşların müəyyənləşdirilməsinə və Azərbaycanın qida sektorunda ən yeni texnalogiyaların tətbiq edilməsinə imkan yaradan effektiv platforma və işgüzar meydançaya çevrilib. Xanım Qafarlı bu ilki sərgiyə 19 ölkədən 100 şirkətin qatıldığını, bunlardan 30 faizinin yerli şirkətlərin payına düşdüyünü bildirib.

Tədbirdə halal məhsulların istehsalını genişləndirmək, bu sahədə şirkətləri ixtisaslaşdırmaq üçün may ayının 26-dan “GİMDES word halal food”-ün təşəbbüsü ilə seminarların keçiriləcəyi bildirilib.

Zəhra Hidayətqızı

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button