Bakini mitinqlər bürüdü!!!

Müsavat Partiyasının  Fəvvarələr meydanında keçirmək istədiyi icazəsiz aksiya başlanmamış artıq partiya fəallarını həbs etməyə başlayıblar. Bu barədə musavat.com-a “Yeni Müsavat”ın Fəvvarələr meydanına ezam olunmuş reportyorları xəbər verib.

Onların dediyinə görə, polislər Nümabə Mustafayeva adlı qadın ghəbs edərək maşına mindiriblər. Qadın sakit dayanıbmış, ancaq polislər onun müxalifətçi olduğunu seziblər və hələ aksiyanın başlanmasına 20 dəqiqə qalmış qadını saxlayıblar.

Başqa bir xəbərə görə, mitinqin şəhərin mərkəzində keçiriləcəyi elan olunsa da, parlament binasının önü də Çevk Polis Alayının əməkdaşları ilə doludur. Güman edilir ki, hakimiyyət müsavatçıların son anda qərar dəyişdirərək Milli Məclisin önünə toplaşacaqlarından ehtiyat edir.

14.05. Məlumata görə, saat 14.00-da bir qrup müsavatçı Fəvvarələr meydanına daxil olmağa çalışarkən, polis onların qarşısını kəsib və demək olar ki, hamısını saxlayaraq maşınlara doldurub: “Saxlananlar arasında Müsavatın İcra Aparatının rəhbəri Arif Hacılı, gənc fəal Əhəd Məmmədli, Əfqan Muxtarlı və başqaları var. Onların sayı 15 nəfər olar”.

14.10. Məlumata görə, təxminən 800-ə yaxın müsavatçı Fəvvarələr meydanına doğru irəliləməyə çalışır, anca polis onların qarşısını kəsib və itələşmə, süpürləşmə halları meydana çıxıb: “Polislər aqressivləşib, qoca, qadın demədən hamıya dəyənək zərbələri endirirlər”.

“Qafqazifo” məlumat verib ki, polislər, jurnalistlər və aksiya iştirakçıları bir yerdə hadisə yerinə 500-dən artıq insan toplaşıb. Polislər Fəvvarələr Bağını aksiyaçılardan təmizləməyə çalışır. Onlar zəncir üsulu ilə qol-qola girərək insanları Bağdan çıxarırlar.
Aksiyaya keçmiş millət vəkilləri Arzu Səmədbəyli, Pənah Hüseyn və Müsavat rəhbərliyində təmsil olunan digər şəxslər də qatılıb. Keçmiş millət vəkilləri bildiriblər ki, onlar aksiyaları davam etdirəcəklər.

“Qafqazinfo”nun məlumatına görə 300-400-ə qədər iştirakçı “İstefa”, “Azadlıq” şüarları səsləndiriblər. Polis dərhal onlara müdaxilə edib və Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı ilə birlikdə 30-a qədər şəxs həbs olunub.
Aksiyanı ATƏT-in Bakı ofisinin nümayəndələri, hüquq müdafiəçiləri müşahidə edib.

Ramil Usubov mitinqdən danışdı

“Gənclərimizi qanunsuz aksiya keçirməyə təhrik edirdilər”

Daxili işlər naziri Ramil Usubov Bakıda martın 11-də keçirilən icazəsiz aksiyaya münasibətini bildirib. “Qafqazinfo”nun məlumatına görə, nazir deyib ki, ölkədə ictimai sabitliyi pozmaq cəhdləri keçmişdə də olub, indi də var: “Aksiyaya çoxdan hazırlıq gedirdi. Bizim gənclərimizi qanunsuz aksiya keçirməyə təhrik edirdilər. Lakin icazəsiz aksiya onu göstərdi ki, Azərbaycan gəncliyi xalqın ayrılmaz hissəsidir, ölkə Prezidentinin ətrafında sıx birləşib və onun apardığı siyasəti dəstəkləyir. Azərbaycanda kriminogen durum uzun illərdir nəzarət altındadır, cinayətkarlığa qarşı uğurlu mübarizə aparılır. Azərbaycan vətəndaşının təhlükəsizliyi üçün nə lazımdırsa, ölkənin hüquq-mühafizə orqanları, o cümlədən Daxili İşlər Nazirliyi bu tədbirləri görür”.

“Xural” qəzeti
il: 9, sayı: 008(418), 13-19 mart 2011-ci il


Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button