Bakının mərkəzində əməliyyat: avtomatlı şəxs tutuldu

AK 74Həmin şəxs silahı hissələrə ayırıbmış 

Bakıda özünü şübhəli aparan şəxs saxlanılıb.

Lent.az-ın məlumatına görə, polis əməkdaşları Xəqani küçəsi 41 ünvanının qarşısında şübhəli hesab etdikləri şəxsi saxlamağa çalışıblar. Lakin həmin şəxs ərazidən uzaqlaşmaq istəyib.

 

Həyata keçirilən əməliyyat tədbirləri nəticəsində şübhəli şəxs saxlanılıb və onun üzərinə, eləcə də əlindəki torbaya baxış keçirilib. Bu zaman onun əlindəki bükümdəkinin sökülü halda olan “AK 74” markalı avtomatın hissələri olduğu üzə çıxıb. Bəlli olub ki, silah saz vəziyyətdə olub.

 Saxlanılan şəxsin kimliyi də müəyyənləşdirilib. Bəlli olub ki, bu, Xətai rayon sakini, 1977-ci il təvəllüdlü Vəliyev Zaur Akif oğludur.
O, ilkin ifadəsində silahı metronun “Həzi Aslanov” stansiyası yaxınlığında ağaclıq sahədə tapdığını iddia edib.
Z.Vəliyevin avtomatı hansı səbəbdən gəzdirdiyi, şəhərin mərkəzinə niyə gətirdiyi və digər suallar ətrafında araşdırmalar aparılır.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button