Bakının məşhur bazarı söküləcək

bazarQurum rəsmisi məsələyə aydınlıq gətirdi.

Bakının Nərimanov rayonundakı “Keşlə bazarı” söküləcək.

xural.com oxu.az-a istinadən xəbər verir ki, buna səbəb metronun “Koroğlu” stansiyası ilə Həsən Əliyev küçəsini birləşdirən yolun salınmasıdır.

Bu barədə Nəqliyyat Nazirliyinin “Azəryolservis” ASC-nin mətbuat katibi Anar Nəcəfli bildirib.

Onun sözlərinə görə, layihənin birinci hissəsi artıq yekunlaşıb:

“Ziya Bünyadov və Heydər Əliyev prospektlərinə paralel olaraq Həsən Əliyev küçəsinin sonundan Koroğlu metrostansiyasınadək yeni yolun salınması ilə bağlı layihənin birinci hissəsi artıq yekunlaşıb. Yolun təqribən 1 kilometrlik hissəsi hazırdır”.

Qurum rəsmisi yol üzərində yerləşən  yaşayış və qeyri-yaşayış obyektlərinin taleyinə də aydınlıq gətirib:

“Sözügedən yolun bu hissəsi Atletlər və Media kəndini Milli Olimpiya stadionu ilə birləşdirir. Yolun digər hissəsinin çəkilişinə nə zaman başlanılıb, bitəcəyi hələlik bəlli deyil. O cümlədən yol üzərində yaşayış və qeyri-yaşayış obyektləri yerləşir. Onların da sökülüb-sökülməyəcəyi barədə də indidən nəsə söyləmək çətindir.

Yaxın gələcəkdə daxili investisiya hesabına maliyyələşən layihələrə yenidən baxılandan sonra konkret nəsə demək mümkün olacaq”-deyə, Anar Nəcəfli bildirib.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button