Bakının siması tamamilə dəyişəcək – MÖHTƏŞƏM LAYİHƏ + VİDEO

baki

Şəhərin mərkəzi qorunacaq.

Bakı şəhəri tamamilə dəyişəcək. Paytaxtımızda sürət qatarları, tramvaylar şütüyəcək, dənizin içərisinə doğru yaşıllıq zolaqları salınacaq, əhalinin məskunlaşması artırılacaq. Bütün bunlar yeni layihədə əksini tapib.

Xural.com-un XəzərXəbər-ə istinadən məlumatına görə, söhbət Bakı şəhərinin Ərazidən İstifadə və Zonalaşdırma Planından gedir. Layihə üzərində işlərə 5 aydır başlanılıb. Bakı Dövlət Layihə İnstitutunda hazırlanan plana yalnız paytaxtın 12 inzibati rayonu daxil edilib.

Layihədə tıxacların qarşısını almaq üçün Bakıda relsli ictimai  nəqliyyat vasitəsilərinin yaradılmasına üstünlük verilib. 70-ə yaxın yeni metro stansiyası ilə yanaşı şəhərin mərkəzində tramvay zolaqları açılacaq, köhnə dəmir yolu xətləri bərpa ediləcək. Əhalinin məskunlaşması üçün yeni yaşayış massivləri də salınacaq.

Şəhərin mərkəzi isə qorunacaq. Yaşıllıq zolaqları isə dəniz ərazisində salınacaq.

Layihə bu ilin sonuna qədər hazır olacaq.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button