Bakir Həsənbəylini kimlər hədələyir?

Onu bəzi yazılara görə qorxudurlar…

Müstəqil jurnalist, son zamanlar mətbuatın gündəminə qayıtmağa hazırlaşan keçmiş siyasətçi dostumuz Bakir Həsənbəyliyə naməlum telefon zəngləri gəlməyə başlayıb. XuralTAC-a bu haqda məlumat verən Bakir bəy, onu son günlər naməlum şəxslərin narahat etdiklərini dedi: «Kim olduqlarını təxminən bilirəm əslində. Amma əlimdə fakt olmadığı üçün bir şey deyə bilmərəm. Azad mətbuatın səhifələrində gedən bəzi yazılardan bəzi korrupsionerlər şübhələnib. Onlar hər vəchlə məni işin içinə qatmaq planı üzərində işləyirlər. Hədə-qorxular var, hiddət telefonları olur. Amma mən bunlara öyrəşmişəm. Məsələnin üstünü açan kimi sizə məlumat verəcəm və ola bilsin ki, mətbuat konfransı keçirib ölkə rəhbərliyinə bəzi müraciətlər etdim.»

XuralTAC

 

“Xural” qəzeti,

İl: 9, sayı: 024 (433), 26 iyun-2 iyul  2011-ci il

 

 

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button