“Bakıxanov bazarı”ndakı yanğın söndürüldü-VİDEO

Bakının Sabunçu rayonunun Bakıxanov qəsəbəsində bir neçə yanaşı mağazada yanğın başlayıb.

APA xəbər verir ki, əraziyə Fövqəladə Hallar Nazirliyinin canlı qüvvəsi və texnikası cəlb edilib.

Yanğının ərazidəki velosiped satışı ilə məşğul olan mağazadan başladığı bildirilir.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

***

Sabunçu rayonunda yanğın baş verib.

Oxu.Az xəbər verir ki, hadisə Bakıxanov qəsəbəsində, “Bakıxanov bazarı” adlanan ərazidə qeydə alınıb.

İlkin məlumata görə, velosiped mağazasında yaranan qısaqapanma yanğına səbəb olub.

Əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin altı texnikası və canlı qüvvəsi cəlb olunub. Alovun əhatəsi genişlənib və obyektə bitişik digər mağazalara da keçib.

Yanğın söndürülüb, hazırda soyutma işləri görülür. Hadisə zamanı xəsarət alanın olmadığı bildirilir. Faktla bağlı araşdırma aparılır.

***

“Bakıxanov qəsəbəsindəki tikinti materialları bazarında baş vermiş yanğın haqqında ilk çağırış saat 00:50-də daxil olub və saat 00:54-də Fövqəladə Hallar Nazirliyinin 32 canlı qüvvəsi və 12 texnikası hadisə yerinə cəlb edilib”.

Bunun APA-ya açıqlamasında FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Qərargah rəisi polkovnik Əkbər Novruzov bildirib.

O qeyd edib ki, yanğın 5000 kvadratmetrlik ərazinin 400 kavadratmetrini əhatə edib:

Polkovnik Ə.Novruzov yanğının baş verməsinə səbəb kimi ilkin olaraq mağazalardan birində elektrik qısaqapanmasının ehtimal olunduğunu bildirib.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button