Baloğlan Əşrəfov oğluna toy elədi

Baloğlan Əşrəfovun oğlunun toyu

Dünən Azərbaycanın sevilən müğənnisi Baloğlan Əşrəfovun oğlu Peyman və Məlahət xanımın «Su Sonası» şadlıq sarayında toy məclisi keçirilib. Toy məclisində Əşrəfovlar ailəsi ilə yanaşı, ölkənin tanınmış sənət adamları da iştirak edib. “Xural” qəzeti olaraq biz də sənətkarın xeyir işində iştirak edib Baloğlan Əşrəfovu təbrik etdik. B.Əşrəfov övlad toyunun görməyin hər bir valideyn üçün arzuolunan hadisə olduğunu bildirdi: “Mən də artıq 4-cu övladımı evləndirirəm. Allah bütün balalara toy qismət eləsin. Biz yaşayırıq, dünyaya övlad gətiririk, cəmiyyət, vətən üçün yararlı insanlar yetişdiririk. Mən Azərbaycan xalqının içində nə qədər öz imicimlə, öz hərəkət və davranışımla hörmət qazanmışamsa, istəyirəm mənim övladlarım da o yolu davam eləsin. Sizin qəzeti də, bütün qəzetləri də oxuyuram. Mətbuata böyük hörmətim var. Allah hamınıza can sağlığı versin”. B.Əşrəfov ağır günlərində onun yanında olan Azərbaycan xalqına da təşəkkürünü bildirdi: “Azərbaycanda yaşayan bütün insanlar məni sevir. Mən o insanları ən ağır günlərimdə yanımda gördüm. Mənim şad günümdə də o insanları bu zalda, yanımda hiss edirəm”. B.Əşrəfov “Xural” qəzetinə də öz arzularını bildirdi: “Arzu edirəm ki, “Xural” qəzeti obyektivliyini qoruyub saxlasın. Mən də oxuyuram, şükür Allaha, çox gözəl qələminiz var. Arzu edirəm ki, qəzetiniz uzun ömürlü olsun”.

Biz də “Xural” qəzeti olaraq bir daha Peyman bəyi və Məlahət xanımı ürəkdən təbrik edirik. Allah xöşbəxt eləsin!

 Nurəddin Xoca

Əfqan Muxtarlı

“Xural” qəzeti,

il 9, sayı: 044 (452), 27 sentyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button