“Bank of Baku” həlak olan neftçilərin banka olan borclarını bağışladı

Bank of Baku

Bank of Baku “Günəşli” neft yatağının 10 saylı dərin dəniz özülündə baş vermiş yanğın nəticəsində həlak olan 11 neftçinin banka olan borclarını bağışlayıb.

Bankdan verilən məlumatda bildirilir ki, həmin neftçilər bankın daimi müştəriləri olublar. Bu qərarın verilməsi həm də neftçilərin ailələrinə dəstək kimi dəyərləndirilib. Bankın yaydığı məlumatda deyilir:

“04 dekabr 2015-ci il tarixində “Günəşli” neft yatağının 10 saylı dərin dəniz özülündə baş vermiş yanğın nəticəsində yaşanmış faciə bütün ölkəni olduğu kimi, Bank of Baku ailəsini də sarsıtdı.

Yanğında həyatını itirən və itkin düşən neftçilər arasında, sayı 11 olmaqla, Bankın daimi müştəriləri də var. Bank of Baku, faciə nəticəsində həyatını itirmiş və itkin düşmüş neftçilərin ailələrinə dəstək məqsədi ilə, həmin neftçilərin bankda mövcud olan bütün kredit borclarının bağışlanması qərarını qəbul etmişdir.

Bank of Baku neftçilərin vəfatından kədərləndiyini bildirir, onların ailə və doğmalarına dərin hüznlə başsağlığı verir”.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button