Bankın Bakı filialının lisenziyası ləğv edilib

Bu gün, oktyabrın 13-də Pakistan Milli Bankının (PMB) Bakı Filialının lisenziyası ləğv edilib.

Bu barədə Azərbaycan Mərkəzi Bankı (AMB) məlumat yayıb. Məlumatda bildirilir ki, xarici kommersiya bankı olan PMB-nın müraciəti əsasında İdarə Heyəti oktyabrın 11-də bu qurumun Bakı filialına 2005-ci ildə verilən bank lisenziyasını ləğv edib: “…Bank lisenziyasının könüllü ləğvi ilə bağlı müraciət Pakistan Milli Bankının Orta Asiya və Azərbaycan maliyyə bazarlarından çıxış üzrə kommersiya strategiyası çərçivəsində qəbul edilmiş qərardan irəli gəlib”.

Açıqlamaya görə, Mərkəzi Bank bu qərarı qəbul edərkən filialın ləğvetmə planı və maliyyə hesabatlarını nəzərə alıb: “30.09.2022-ci il tarixinə Filialın likvid aktivləri (6.7 mln. manat) cəmi öhdəliklərini (0.5 mln. manat) dəfələrlə üstələyir…”.

Azərbaycanda 2015-ci ildə neftin kəskin ucuzlaşmasından sonra 10-dan çox yerli kommersiya bankının lisenziyası ləğv edilib. Bu, onların öhdəliklərini yerinə yetirə bilməməsi ilə əsaslandırılıb.

Bu proses 2020-ci ildə də davam edib. Bu prosesin davamı koronavirus pandemiyasından doğan problemlərlə də izah edilib.

Son illər isə belə hallar yaşanmayıb.

AzadlıqRadiosu

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button