Bankların bağlı qalması ölkəyə 3 mlrd avroya başa gəlib

yunanıstanYunanıstanda üç həftəlik “Bank tətilləri” və kapitalın hərəkətinə nəzarət Yunanıstana 3 milyard avroya başa gəlib. Bura turizm sektorundakı itkilər daxil deyil.

Bu barədə “Report” Yunanıstanın “Kathimerini” qəzetinə istinadən xəbər verir.

Nəşrin məlumatına görə, Yunanıstanın ixracatçılar Assosiasiyası bildirir ki, təkcə pərakəndə ticarət sahəsi 600 mln. avro ziyan çəkib. Export da öz növbəsində 240 mln. avro itirib.

Yunanıstanda iyunun 29-dan “Bank tətilləri” elan olunmuşdu. Əvvəlcə güman edilirdi banklar 6 gün işləməyəcək. Sonra bu müddət iki dəfə uzadıldı. Yunanıstan bankları iyulun 20 açılmalıdır.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button