Banuçiçək atasının əqidəsi uğrunda zindnda olduğunu anlayır

4526.07.2013

Sabah “Xural” qəzetinin həbsdə olan baş redaktoru Əvəz Zeynallının qızı Banuçiçəyin doğum günüdür. Banuçiçək atasının əqidəsi uğrunda zindnda olduğunu anlayır və ötən il elə barmaqlıqlar arasından atasının ona bir mücrü hədiyyə etdiyini deyir. 
“Bizim Yol”un əməkdaşı ilə söhbətində Banu sabahkı doğum gününə gözlədiyi hədiyyədən də söz açdı. Əmindir ki, atası yenə ona hədiyə hazırlayıb. Amma o, atasından yanına hansısa bir əşya almağa tələsmir, ona ən böyük hədiyə atasını qucaqlayıb, doyunca öpməkdir.
Ə.Zeynallının həyat yoldaşı Məlahət xanım isə düşünür ki, bu ayrılıq məhz 9 il olacaq.  Çox bədbin olan xanımı bu cür düşünməyə vadar edən obyektiv səbəblər də var: “Əvəzə qarşı xüsusi amansız münasibət var. Həmkarları Milli Mətbuat günündə onunla görüşmək üçün Penitensiar Xidmətinə müraciət etmişdilər. Əvəz də bu görüşü gözləyirdi. Amma görüş verilmədi”.

İdrak Abbasov

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button