Barak Obama üzr üçün basqı edir

Türkiyə haqq yolda olduğunu sübut etdi

ABŞ mətbuatı prezident Barak Obamanın İsrailin baş naziri Netanyahuyaqarşı Qəzza hücumu səbəbindən Türkiyədən üzr istəməsi üçün basqı etdiyini yazdı.

ABŞ-ın mühafizəkar kəsiminin mətbuat orqanlarından hesab edilən WorldNetDaily internet səhifəsi Ağ Evin İsraillə Turkiyə arasındakı  gərginliyin aradan qaldırılması üçün tək yolun «üzr istəməkdən» keçdiyinidüşündüyünü yazdı.

ABŞ prezidenti Barak Obamanın Türkiyəni Ortadoğu və Quzey Afrikada yaşayan siyasi dəyişimin açar ölkəsi olaraq gördüyünü vurğulayan internet səhifəsi, bu səbəblə Vaşinqtonun Türkiyənin İsraildən Mavi Mərmərə naziri üçün gözlədiyi üzrü alması üçüe çalışdığını bildirdi.

Bununla bağlı məlumat ötürən İsrail Rəsmiləri Obama idarə sisteminin Mavi Mərmərə  naziri üçün İsraili günahlandırmadığını, buna qarşı Türkiyənin üzr tələbinə dəstək verdiyini qeyd etdi. Adının açıqlanmasını istəməyən rəsmilər prezident Obamanın Türkiyə ilə İsrail arasındakı diplomatik böhranı bir an əvvəl bitirmək istədiyini, bu səbəbdən Tel-Aviv idarəçilərinə Ankaradan üzr istəməsi üçün basqı etdiyini vurğuladı. Eyni qaynaqlar, Obamanın Türkiyənin üzr tələbindən imtina etməyəcəyinə inandığı üçün problemi həll etmək məqsədilə İsrailə yönəlmiş basqını artırdığını şərh etdi.

XuralTAC

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button