Baş həkim kütləvi zəhərlənmədən danışdı: “Uşaqların əksəriyyəti…”

Sumqayıt şəhərində və ətraf qəsəbələrdə baş vermiş kütləvi zəhərlənmə ilə bağlı xəstəxanaya yerləşdirilmiş uşaqların əksəriyyəti evə buraxılıb.
Xural.com xəbər verir ki, bu barədə Lent.az-a Sumqayıt şəhər Uşaq Xəstəxanasının baş həkimi Müşfiq Məmmədli məlumat verib. O bildirib ki, vəziyyət nəzarət altındadır: “Uşaqların əksəriyyəti evə yazılıb. Yeni gələnlər də artıq yoxdur. Lazım olan bütün yardımlar göstərilir və xəstəxanadakı uşaqların hamısının vəziyyəti stabildir. Narahatlığa əsas yoxdur”.
Qeyd edək ki, xəstəxanaya gətirilən uşaqların hamısı Şollardan gələn yeraltı kanal vasitəsi ilə içməli su ilə təchiz edilmiş evlərdə yaşayır. Ehtimal edilir ki, su kanalına kənar su qarışıb.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button