Baş muhasib Əli Həsənovun oğluna və baldızına 1 milyon 180 min manat verdiyini açıqladı

Bakı Ağır Cinayətlər Məhkəməsində ləğv edilmiş KİVDF-nin sabiq icraçı direktoru Vüqar Səfərlinin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Prosesdə şahidlər dindirilib. İlk olaraq “Portos” MMC-nin baş mühasibi Kəmaləddin Abdullayev dindirilib. O, ifadəsində Vüqar Səfərlini tanıdığını deyib: “Təqsirləndirilən şəxslərdən bir neçəsini tanıyıram. Pul köçürmələrini həyata keçirmişəm. Bir dəfə köçürülən 600 min manatı təsisçinin nümayəndəsi Şamxal Həsənliyə vermişəm. Bir dəfə də Gülər Vəliyevaya 580 min manat vermişəm”.

Prosesdə Əli Həsənovun oğlu Şamxal Həsənli və baldızı Gülər Vəliyevanın məhkəməyə şahid qismində dəvət olunması ilə bağlı vəsatətə baxılıb. Məhkəmə vəsatəti təmin etməyib.

Məhkəmə prosesi dekabrın 2-də davam edəcək.

Xural.com

mənbə

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button