Baş nazir daşınmaz əmlakla bağlı qərarda dəyişiklik edib

“Bələdiyyələrin yazılı və ya elektron sorğuları əsasında daşınmaz əmlakın dövlət reyestrinin məlumatlarının verilməsi qaydası və bununla bağlı ödənişin miqdarı”nın təsdiq edilməsi barədə” Nazirlər Kabinetinin qərarında dəyişiklik edilib.

Bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Dəyişikliyə əsasən, qərara yeni məzmunda ikinci hissə əlavə edilib. Belə ki, bu qərarda dəyişiklik “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin müvafiq bəndinə uyğun edilə bilər.

Həmçinin “fiziki şəxslərin torpaq və əmlak vergisinin” sözləri Vergi Məcəlləsinin 206.1-1-ci və 206.3-cü maddələrində nəzərdə tutulmuş hallarda fiziki şəxslərin torpaq vergisinin və həmin Məcəllənin 198.1-ci maddəsində nəzərdə tutulan halda fiziki şəxslərin əmlak vergisinin” sözləri ilə əvəz edilib.

Xural.com

mənbə

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button