Baş prokuror icra başçısının kürəkənini işdən çıxardı

Baş Prokurorluqda kadr islahatı olub. Bununla bağlı baş prokuror Kamran Əliyev əmr imzalayıb.

Əmrə əsasən, Baş Prokurorluqda Dövlət Təhlükəsizliyi və Sərhəd Xidməti Orqanlarının İstintaqına Nəzarət İdarəsinin rəisi Ramil Məcidov işdən çıxarılıb. Qeyd edək ki, o, Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun kürəkənidir.

Mətbuatdan aldığımız məlumatda o da bildirilir ki, Göyçay rayon  İcra Hakimiyyətinin keçmiş başçısı, hal-hazırda axtarışda olan Mehdi Səlimzadənin bir müddət əvvəl ölkədən qaçıb. Mehdi Səlimzadənin bağ evinə Hüquq Mühafizə Orqanlarının nümayəndələri gəlsələr də Mehdi Səlimzadəni tapa bilməyiblər. Xəbərdə o da bildirilir ki, Mehdi Səlimzadə, həyat yoldaşı Məsiməxanım Məcidova və Mehdi Səlimzadənin sürücüsü və köməkçisi işləmiş qardaşı oğlu Toğrul Səlimzadə ilə birlikdə qeyri-müəyyən istiqamətə qaçıblar.
Xatırladaq ki, Mehdi Səlimzadə baş prokurorluqda idarə rəisi olan, general Ramil Məcidovun atasıdır.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button