Baş prokurorluğa çağırılan sayt rəhbəri danışdı: “Hec bir xəbərdarlıq olmadı”.

Təxminən bir aya yaxındır ki, ölkədə xəbər portallarına qarşı nəzarət güclənməkdədir. Son 1 ay ərizində rəsmi qaydada 10-a yaxın,  qeyri-rəsmi məlumata görə isə 30 yaxın xəbər portalı bloklanaraq fəaliyyətləri tamamilə dayandırılmışdır. Hətta ölkənin ən böyük holdinqlərindən biri APA holdinqin də bloklanması insanlarda böyük təəccüb hissi yaratdı. Kimlərin məhkəmə qərarı ilə, kimlərin isə məhkəmə qərarı olmadan fəaliyyətinə xitam verildi. Onlardan biri də Anaxeber.az xəbər portalıdır. Saytın baş redaktoru Azər Talıbov bu gün baş prokurorluğa çağırılıb.

Azerbaycanrealligi.com məsələ ilə bağlı Azər Talıbovla əlaqə saxlayıb. O bildirir ki, bu gün baş prokurorluğa dəvət olunaraq Respublika prokrorluğunun mətbuat rəhbəri Eldar Sultanov və Respublika prokurorluğunun birinci müavini Rustəm Usubovla görüşüb və orada Anaxeber.az saytının 2 gündür ki, bloklamasını demişdir. Dedim ki:  “Saytım ayın 7-dən bloklanıb. Əlavə heç bir sorğu-sual olmadı. Heç bir izahata və intizam tədbirinə qol çəkmədim. Hər hansı xəbərdarlıq da olunmadı”. O, saytının bloklamasına da münasibət bildirərək: “Bu yaxınlarda hakimiyyət daxili klanlararası gərginliklə bağlı özəl yazı verdim. Hesab edirəm ki, saytın da bloklaması bununla bağlıdlr”, – deyə o qeyd edib.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button