Baş redaktor istintaqa çağırılıb

“Strateq.az” saytının təsisçisi və baş redaktoru Elxan Şükürlü avqustun 3-də Baş Prokurorluğun Ağır Cinayətlərə dair İstintaq İdarəsinə çağırılıb, bu barədə baş redaktor özü bildirib.

E.Şükürlü deyib ki, idarəyə çağrılmasına səbəb 2017-ci ildə rəhbərlik etdiyi saytda digər informasiya resurslarına istinadla verilmiş bir yazı olub. “İstintaq sirrini yaymamaq üçün söhbətin hansı yazıdan və saytlardan getdiyi barədə hər hansı açıqlama verə bilməyəcəm. İfadəni Ağır Cinayətlərə dair İstintaq İdarəsinin müstəntiqi Emil Murğuzov alıb.

E.Şükürlü dindirmə zamanı hər hansı təzyiqlə üzləşmədiyini bildirib.

Xatırladaq ki, E.Şükürlü 2015-cı ilin noyabrında da “MTN işi” ilə bağlı Respublika Prokurorluğuna çağırılıb, bu iş haqda məlumat yayan sayt rəhbərləriylə birgə ona da rəsmi xəbərdarlıq edilib.(turan.az)

 

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button