Baş redaktor prokurorluğa aparıldı, İctimai Palata bəyanat verdi

İctimai Palatanın Koordinasiya Şurası “Gündəm Xəbər” qəzetinin təsisçisi və baş redaktoru Şirin Cəfərliyə qarşı qaldırılmış cinayət işi ilə bağlı bəyanat verib.

“Qafqazinfo”nun məlumatına görə, qurumun qəbul etdiyi bəyanatda bildirilir ki, qəzeti 60 min manatdan çox vergidən yayınmaqda ittiham etmək reallığa uyğun deyil və bu, mətbuata qarşı təzyiqdir. İctimai Palata Azərbaycanda söz azadlığını müdafiə etdiyini və media üzərinə basqıların demokratikləşmə prosesinin əleyhinə olduğunu bəyan edib. Qurum hakimiyyətdən “Gündəm Xəbər” qəzetinə qarşı təzyiqləri dayandırmağı, qəzetin baş redaktoruna qrşı qaldırılmış cinayət işinin ləğv olunmasını tələb edib.

Onu da qeyd edək ki, baş redaktor Şirin Cəfərli dünən Respublika Prokurorluğuna çağırılıb. Dindirmə aparılıb və ondan izahat alınıb. Bundan sonra prokurorluğun əməkdaşları qəzetin redaksiyasında axtarış aparılıblar.

Xural” qəzeti,

İl: 9, sayı: 033 (441),28 avqust – 03 sentyabr 2011-ci il

Əlaqəli məqalələr

1 şərh

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button