Baş redaktor və ailə üzvləri koronavirusa yoluxdu

“Kaspi” qəzetinin baş redaktoru İlham Quliyev koronavirusa yoluxub.

Xural.com xəbər verir ki, bu barədə İlham Quliyev özünün facebook səhifəsində məlumat paylaşıb.

O, aşağıdakıları bildirib:

“Əziz dostlar!

Koronavirus infeksiyası ilə mübarizə aparan xəstələrin sırasına mən və ailə üzvlərim də qoşuldu. Kompüter tomoqrafiyası ilə aparılan müayinələr ağciyərlərimin hər iki payında buzlu şüşə aşkarladı. Müalicə “Neftçilər” xəstəxanasında davam etdirilir.
Çətinliklərə və ağrılara baxmayaraq, nikbinlik. Tezliklə virusla mübarizəni qazanıb, normal həyata qayıdacağımıza inanırıq.

Özünüzü qoruyun!”

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button