Baş redaktorun vəkili: “Məhkəmənin protokolları saxtalaşdırılıb”

Məhkəmə müdafiə tərəfin vəsatətlərini təmin etməyib

Bakı Apellyasiya Məhkəməsində avqustun 6-da hazırda məhbus həyatı yaşayan reallıq.info saytının baş redaktoru İkram Rəhimovun şikayətinin ilkin baxış iclası keçirilib.

Baş redaktorun yaxınlarının məlumatına görə, hakim Rizvan Səfərin sədrliyi ilə keçirilən iclasda vəkil Elçin Sadıqov birinci məhkəmə instansiyasının protokollarının saxtalaşdırılması haqda vəsatət verib:

“Birinci instansiya məhkəməsində Elman adlı katib olub, sonradan onu işdən çıxarıblar, o da heç bir qeydini verməyib. Ardınca məhkəmə ifadələri ittiham aktı olduğu kimi yazılıb, halbuki, proseslərdə bütün zərərçəkmişlər İkram Rəhimovun onlardan pul tələb etmədiyini və hədə-qorxu gəlmədiyini demişdilər”.

Vəkil bütün şahidlərin yenidən dindirilməsini, istintaqın məhkəməyə təqdim etdiyi səs yazılarının saxtalaşdırıldığını, montaj olunduğunu əsas gətirərək təkrar ekspertiza keçirilməsini tələb etsə də, vəsatət təmin olunmayıb.

Məhkəmənin vəsatətləri təmin etməməsi və prosesi avqustun 21-nə qədər təxirə salmasına etiraz olaraq, İkram Rəhimov aclıq aksiyasına başlayıb.

İkram Rəhimov 5.6 il azadlıqdan məhrum edilib.

İkram Rəhimov 2018-ci il oktyabrın 26-da DTX əməkdaşları tərəfindən saxlanılıb.

O, Cinayət Məcəlləsinin CM-in 182.2.1 və 182.2.2-ci (əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən şantaj) maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsində şübhəli şəxs kimi saxlanılıb.

Baş redaktor ittihamları rədd edir və bəyan edib ki, onu Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov və Mətbuat Şurasının sədri Əflatun Amaşov həbs etdiriblər.

 

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button