Rubrikalar: DÜNYA GÜNDƏM XuralTAC

Basabasda 56-dan çox adam öldü, Qasım Süleymaninin dəfni təxirə salındı

İranın Kirman vilayətində keçirilən iranlı generalın dəfn mərasimində ölənlərin sayı artıb.

Virtualaz.org-un məlumatına görə, dəfn mərasimində 56 nəfər ölüb.

*   *   *

Bu dəqiqələrdə “Fars” agentliyi İranın Kirman şəhərində general Qasım Süleymaninin dəfn mərasimində yaranan basabas zamanı ölənlərin sayının artdığını bildirir. Agentliyin məlumatına görə ölənlərin sayı 40-ı keçib, xəsarət alanlar isə 200-dən çoxdur. Ölənlərin sayının yenə artacağı istisna deyil.

***

İranın press.tv telekanalı xəbər verir ki, general Qasım Süleymaninin dəfn mərasimi zamanı yaranan basabasda onlarla adamın ölməsinin ardınca hakimiyyət dəfni təxirə salmalı olub. Hakimiyyət ehtiyat edir ki, mərasimin davam etdirilməsi daha böyük tələfata səbəb ola bilər. “The Sun” qəzeti isə hadisə yerindən çəkilmiş fotoları və videokadrları yayıb. Kadrlara əsasən dəhşətli basabas nəticəsində ölənlərin meyitlərini toplamağa çalışırlar, insanların ayaqqabıları ayaqlarından çıxıb, xəsarət alanlara yerində tibbi yardım göstərmək cəhdləri edilir. Kirman küçələrinə Süleymanini dəfn etmək üçün milyonlarla adamın çıxdığı bildirilir.

***

İranın yarırəsmi “Fars” agentliyinin bildirdiyinə görə Kirman şəhərində general Qasım Süleymaninin dəfn mərasimi zamanı yaranan basabasda zərərçəkənlərin sayı 200-ə yaxındır. Onlardan azı 32 nəfəri yerindəcə ölüb, ölənlərin sayının artacağı istisna deyil.

***

ABŞ-ın keçirdiyi əməliyyat nəticəsində İraqda öldürülən iranlı general Qasım Süleymaninin dəfn mərasimində izdiham yaşanır. Virtualaz.org bildirir ki, bu barədə NTV İranın dövlət televiziyasına istinadən məlumat yayıb. Məlumatda 35 nəfərin öldüyü, 48 nəfərin isə xəsarət aldığı bildirilir.

Süleymani ilə vida mərasimi ötən gün Tehranda keçirilib, mərasimə milyonlarla adamın qatıldığı bildirilir. Dəfn isə generalın doğma şəhəri Kirmanda olub. Şəhərin mərkəzi meydanına yüz minlərlə adam toplaşıb və yaranan basabas kütləvi tələfata səbəb olub. Ölənlərin sayının artması istisna deyil. İranın təcili tibbi yardım xidmətinin rəhbəri Pir Hüseyn Kulivənd dəfn mərasimi zamanı yaranan basabas nəticəsində onlarla adamın öldüyünü təsdiqləyib.

Paylaş:

Son Əlavələr

  • XuralTAC

Minsk qrupunun sabiq amerikalı həmsədrindən sensasion təklif

ATƏT-in Minsk qrupunun sabiq amerikalı həmsədri Riçard Hoqland Dağlıq Qarabağın BMT-nin protektoratı altına verilməsi barədə sensasion təkliflə çıxış edib. Virtualaz.org bildirir…

5 Avqust 2020
  • GÜNDƏM
  • XuralTAC

“Kükreyen aslanlarız, deviz, atəşiz, kanız…”-VİDEO

Türkiyənin Milli Müdafiə Nazirliyi Azərbaycanla birgə keçirilən və iyulun 29-dan başlayan birgə irimiqyaslı hərbi təlimlərdən yeni görüntü paylaşıb. Virtualaz.org xəbər verir…

5 Avqust 2020
  • GÜNDƏM
  • XuralTAC

“Ərdoğan xəritəni yenidən çəkir” – Şok iddia

Fransada nəşr olunan “Le Figaro” qəzetində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Fateh Sultan Məhmətə bənzədilib. Teleqraf.com xəbər verir ki, sözügedən məqalə…

5 Avqust 2020
  • GÜNDƏM
  • XuralTAC

Baş prokuror və hərbi prokurora əlavə müavin vəzifələri təsis edilib

Baş prokuror Kamran Əliyev prokurorluq orqanlarında aparılan struktur islahatlardan danışıb. Musavat.com-un məlumatına görə, avqustun 5-də videokonfrans rejimində prokurorluq orqanları tərəfindən…

5 Avqust 2020
  • GÜNDƏM
  • XuralTAC

SMS və icaze.e-gov.az portalı ilə icazə ləğv olundu-Bu gündən

Sərtləşdirilmiş xüsusi karantin zonasına daxil olan şəhər və rayonlarda şəxslərin yaşayış yerini və olduğu yeri SMS icazə, xidməti vəsiqə, icaze.e-gov.az…

5 Avqust 2020
  • GÜNDƏM
  • XuralTAC

Razi Nurullayev MM-də sərt danışdı: “Bəsdirin millətin əsəblərini korladınız, hər kəsi psixoz etmisiniz”

“Büdcəyə edilən dəyişikliklər yaxşıdır. İndi bütün Azərbaycanın gözü bizdədir ki, bu dəyişikliklər onların həyatında nələri dəyişəcək. Hesablama etmişəm ki, ölkədə…

5 Avqust 2020
Xural.COM