Başını itirən yapokratiya mətbuatı

Əvəz Zeynalının cəmiyyətdə “qara piar”ına start verilib

Vüqar Rəhimzadə bu işə kurator təyin olunub

Hakimiyyət qəzetləri yaman əl-ayağa düşüblər. Adətən ölkədə həqiqi ictimai-siyasi xadimlərin, jurnalistlərin, ziyalıların hakimiyyət tərəfindən qələmləri sındırılan zaman məmləkətin 6 kanalının 6-da işə salınır. Bir-birinə aman verməyən, məddahlıq və yaltaqlıq üçün açılan meydandan bəhrələnməyə çalışan cəmiyyətin saysız-hesabsız virusları şər və böhtan dolu yazıları ilə insanları ləkələyir, onlara bacardıqları qədər qara yaxmağa çalışırlar. Vay o günə ki, əllərində bir «fakt» da ola. Səhərdən-axşama kimi bu «fakt»ı sağa çevirirlər, sola çevirirlər. İnsanların beynini zəhərləməyənə qədər də əl çəkmirlər.
«Xural» qəzetinin baş redaktoru Əvəz Zeynallı da həbs olunarkən belə çaqqalların sulamaq üçün açılan yeni meydandan bəhrələnəcəyini gözləyirdik. Amma hansı yolla? Təbii ki, bunların az qala «Azərbaycan qadını»nın ən bariz nümunəsi kimi (Red.- Allah göstərməsin. Azərbaycan qadınları bizi bağışlasınlar) cəmiyyətə sırımaq istədikləri Gülər Əhmədovanın Əvəz Zeynallının ondan 10 min manat istəməsini «təsdiq edən diktafon yazısı» açıqlanmadıqca və ya əslində belə bir diktafon yazısının olması təsdiqlənmədikcə («Xural» qəzeti olaraq dəfələrlə həmin yazının cəmiyyətə açıqlanmasını redaksiya heyəti də hüquq-mühafizə orqanlarından tələb edib) hakimiyyətin mətbuatdakı əlbuyruqları heç bir əsası olmayan böhtanlarla hazırda həbsdə olan və belələrinə cavab vermək haqqı tanınmayan (Red.- Halbuki «Xural» qəzeti hər zaman iqtidar müxalifət bilmədən tərəflərin hər birinin mövqeyini dərc edib, ən azından hər bir vətəndaşa cavab haqqı tanıyıb ) Əvəz Zeynallının və «Xural» qəzetinin əməkdaşlarının üzərinə yürüşə başlayıblar. Hansı şərtlərlə hakimiyyət qəzetlərində çalışdıqlarını «Xural»çılardan daha yaxşı bilən bu «jurnalistlər» hakimiyyətin dəm vurduğu bütün «etik» sədləri aşaraq, az qala əxlaqsızlıq səviyyəsində məqalələr dərc etdirir, onların Mətbuat Şurasındakı ağaları da yapokratiyanın sifarişləri əsasında həyata keçirdikləri oyunu heç bir qanun-qayda tanımadan sərgiləyirlər. Bu günlərdə Mətbuat Şurasının məsulu Vüqar Rəhimzadə Səs TV-yə «açıqlama» verib. Onu diqqətlə dinləmək yetər ki, kimlərin sifarişini yerinə yetirdiyi aydınlaşsın. Onu da başa düşmək çətin deyil. Hakimiyyətin hər il ölkə mətbuatı üçün ayrıdığı milyonlarla manatın içində onun payı daha artıqdır. O baxımdan, adamın hakimiyyətdə tutduğu vəzifəni, sərvəti itirməmək baxımından istənilən mahnıya oynayacağı şübhəsizdir. Amma nə yazıq ki, bir vaxtlar mətbuatın öndərləri tərəfindən QHT kimi yaradılan, bu gün isə mətbuata deyil, məmurların marağına işləyən Dövlət Mətbuat Şurası belələri üçün hakimiyyətin toxunulmazlıq çətirinə çevrilib. Onun adı altında özlərinin mundar niyyətlərini həyata keçirməkdə də israrlıdırlar. Sabahı düşünmədən. «Xural» qəzeti dəfələrlə mətbuatda müxtəlif yazılarla çıxış edərək bəyan edib ki, Dövlət Mətbuat Şurası bir qeyri hökumət təşkilatıdır və «Xural» qəzeti də müstəqil mətbu orqan kimi bu qurumun əmrlərinə tabe deyil. Zatən tabe olmuş olsaydı, bunların əzizlərinin adı olduğu «qara siyahı»ya salınmazdı. Vüqar Rəhimzadə çox böyük əminliklə «Xural» qəzetinin reketçiliklə məşğul olduğunu söyləyir və danışdıqlarının məhkəmə predmeti olduğunu unudur. Görünür, hakim dairənin əlbuyruqları məhkəmələrin də onların xeyrinə qərar çıxaracaqlarına o qədər əmindirlər ki, harınlıqdan başlarını itiriblər. Maraqlıdır, bu adamların özləri kimdir? Onların məşğul olduqları sahə həqiqətənmi jurnalistikadır, yoxsa nədir? Onlar hansı yollarla pul qazanırlar? «Xural» qəzeti hələlik dərc olunmasa da, xuralsevərlər onlar haqqında könüllü olaraq ətraflı bilgi toplayır, iş fəaiyyətlərini (Red.- iş fəaliyyətlərini nəzərdə tuturuq. Vüqar Rəhimzadənin iddia etdiyi kimi «Xural» qəzeti heç bir zaman iş fəaliyyətini tənqid etdiyi dövlət məmurlarının heç birinin şəxsi həyatı ilə bağlı bir dəfə də olsun nə təhqiredici, nə də təhdidedici materiallar yaymayıb. Görünür, bu dəyərləri də, Vüqar Rəhimzadə «Xural» qəzetindən öyrənməli olduğu halda, öyrənməyib.) hansı istiqamətdə qurduqları haqqında kifayət qədər «Xural»a materiallar təqdim edirlər. Zaman-zaman həmin materiallar da tərəfimizdən işıq üzü görəcək. O zaman cəmiyyət də kimin haqlı, kimin haqsız olduğuna özü qərar verəcək. Hər bir halda bu qərarı vermək səlahiyyətini cəmiyyət Vüqar Rəhimzadəyə (Red.- Görünür «Xural»la bağlı mətbuatda kurasiya işlərini hakimiyyət Vüqar Rəhimzadəyə həvalə edib) tanımayıb.

Əlaqəli məqalələr

2 şərh

  1. ne qeder ki hakimiyyet ,prezidet teyin edilmish ilham aliyev bashda olmaqlar kechmish KQB polkovniki ,kechmish MK katibi ramiz mehdiyeve tabe olacaq, ölkemiz bu felaketler icinde bogulacaq. yal üchün quyruq bulayanlar ise hemishe olub .Ve bizim millet olaraq en böyük bedbextliyimiz ondan ibaretdir ki bele quyruq bulayanlar tez unuduruq, eyer sistem deyisherse (bu mütleq olacaq !) bu gün sherfsizlik edenler sabah olacaq yenilerin yaninda .kimlerse onlari bagishlayacaq, ya deyecekler ki filankesin filanidir, ya deyecekler ki o bir defe bele dedi ve en nehayet deyeceyik ki ,onda dövran bele idi bu sherfsiler mecbur idilerki ailelerini saxlasinlar . He demeli günahkar özúmüzük. her halda sherfsizerin rehberini ,simasiz quldurlar partiyasinin birinci ve ikinci sahiblerini ,xalqimiz saldiqlari hala salmaq bizim vetendash olaraq borcumuzdur. eks halda ermenilerin bize qarshi etdikleri halaldir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button