Bastrıkin Rusiyada miqrantları azaltmaq üçün müharibəyə göndərilmələrindən danışdı

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

Moskva əmək miqrantlarını Ukraynadakı müharibəyə göndərir ki, Rusiyanı tərk etsinlər.

Bu barədə Sankt-Peterburq beynəlxalq hüquq forumunda Rusiya İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkin bildirib. Onun sözlərinə görə, orduya 10 minə yaxın miqrant cəlb olunub.

“Bilirsiniz, miqrantların Rusiyanı yavaş-yavaş tərk etməyə başlamasına səbəb olan bir hiylə tapdıq”, – RBC Bastrıkindən sitat gətirir.

“Biz Konstitusiyanın, qanunlarımızın vətəndaşlıq almış şəxslərin hərbi qeydiyyatda durmalı və, lazım gələrsə, xüsusi hərbi əməliyyatda iştirak etməli olduğu barədə müddəalarını həyata keçirməyə başladıq”, – o əlavə edib.

Onun sözlərinə görə, hərbi qeydiyyata alınmaqla onun idarəsinin müstəntiqləri məşğuldur (belə iş İstintaq Komitəsinin səlahiyyətlərinə daxil deyil – A.R.): “Artıq vətəndaşlıq almış, lakin hərbi qeydiyyatdan keçmək istəməyən 30 mindən çox insanı tutub qeydiyyata salmışıq”.

2022-ci ildə Rusiyanın Ukraynaya genişmiqyaslı təcavüzü başlanandan Mərkəzi Asiya ölkələrindən ora iş axtarmaq üçün gedən miqrantların müharibəyə göndərildiyi barədə xəbərlər gəlir. Bu ölkələrin hökumətləri vətəndaşlara müharibədə iştirakın muzdluluq kimi qiymətləndirə biləcəklərini xatırladıblar.

2011-ci ildən Rusiyada İstintaq Komitəsinə rəhbərlik edən Bastrıkin dəfələrlə miqrantlara qarşı çıxış edib və miqrasiya qanunvericiliyinin sərtləşdirilməsini dəstəkləyib. İstintaq Komitəsinin rəhbərinin mövzu ilə bağlı son açıqlamaları Moskva yaxınlığındakı “Crocus City Hall” zalına hücumdan sonra Mərkəzi Asiya ölkələrindən olan miqrantlara qarşı başlayan kampaniya fonunda verilib. Hücumda Tacikistandan bir neçə mühacir ittiham olunur.

AzadlıqRadiosu

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button