Baxmut yaxınlığında Rusiyanın briqada komandiri və müavini həlak olub

Ukraynaın Baxmut şəhəri yaxınlığında davam edən döyüşlərdə Rusia ordusunun 4-cü motoatıcı briqadasının komandiri polkovnik Vyaçeslav Makarov, ordu korpusu komandirinin hərbi-siyasi işlər üzrə müavini polkovnik Yevgeni Brovko həlak olub.

Bu barədə bir gün əvvəl yayılan xəbərləri mayın 14-də Rusiya Müdafiə Nazirliyi təsdiqləyib.

Rusiya yüksək rütbəli hərbçilərinin ölümünü nadir hallarda təsdiqləyir və onları adlarını elan edir.

Müdafiə Nazirliyinin yaydığı məlumatda ​vurğulanır ki, Makarov Baxmutun cənub-qərbindəki Krasnoe qəsəbəsi ərazisində, Brovko isə cəbhənin digər sektorunda həlak olub. İddia olunur ki, komandirlər şəxsi heyətin hərəkətlərinə şəxsən rəhbərlik edib və “qəhrəmancasına” həlak olublar.

Ukrayna ordusu son günlər Baxmut istiqamətində irəliləməkdədirlər. Baxmutda döyüşən Rusiya özəl ordu qruplaşması olan “Vaqner” PMC-nin rəhbəri Yevgeni Priqojin Rusiya hərbçilərinin öz mövqelərini tərk etmələri ilə bağlı məlumatları etiraf edib. O, hələlik polkovniklərin ölümü ilə bağlı açıqlama verməyib.

Şənbə günü Ukrayna mediasında hər iki yüksəsk rütbəli Rusiya zabitinin artilleriya atəşi nəticəsində öldüyünü yayzıb.

Bu xəbərləri Rusiya ordusunda döyüşən bloger Andrey Morozov da təsdiqləyib.

AzadlıqRadiosu

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button