Bayrağı təkbaşına ermənilərdən qoruyan azərbaycanlı azadlıqda – VİDEO

hemid 129.04.2015

Onun səfirlik qarşısına getməsinə qadağa qoyulub.

Azərbaycan bayrağını ermənilərdən qoruduğuna görə saxlanılan hemyerlimiz azadlığa buraxılıb.

ANS TV-nin Vaşinqton bürosunun məlumatına görə, həmyerlimiz ABŞ-da qondarma erməni soyqırımının 100-cü ildönümü ilə əlaqədar keçirilən aksiyada Azərbaycan və Türkiyə bayrağını ermənilərdən qoruduğuna görə saxlanılmışdı.

Nəvid Sultani 1 gün polis məntəqəsində saxlanılıb. Amma azadlığa çıxsa da məhkəmə prosesi hələ bitməyib.

Bundan başqa, ABŞ-dakı Ermənistan səfirliyi də Nəvid Sultani məhkəməyə verib və onun səfirlik qarşısına getməsinə qadağa qoyulub.

ABŞ-da saxlanılan azərbaycanlı Nəvid Sultani deyir ki, onu polislə üz-üzə durduğu üçün ittiham ediblər. Amma əslində belə bir iş olmayıb.

Nəvid Sultani bildirir ki, öz maşınında həm Azərbaycan, həm də Türk bayrağını dalğalandırmaqla 2 ölkənin bir yerdə olduğunu nümayiş etdirmək istəyib. Amma ermənilərin bayrağımıza qarşı hörmətsiz davranmasını sakit qarşılaya bilməzdi.

Nəvid Sultani aydınlıq gətirdi ki, maşını bayrağımızı ermənidən geri almaq üçün saxlayıb. Bu zaman özü də bilmədən naməlum səbəbdən polislər tərəfindən saxlanılıb.

Xatırladaq ki, aprelin 24-də “qondarma erməni soyqırımı”nın 100-cü ildönümü ilə bağlı Türkiyənin Vaşinqtondakı səfirliyi qarşısında keçirilən aksiyada türklərə azərbaycanlılar da dəstək olmuşdu. Ermənilərin Azərbaycan bayrağını almasına və Nəvid Sultaninin buna etiraz etməsinə Amerika polisi qarışmışdı. Amerika polisi isə həmyerlimizlə sanki cinayət törətmiş kimi davranmış və onu saxlamışdı.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button