Bayram ərəfəsində əfv olacaq

Novruz bayramı ərəfəsində prezident tərəfindən əfv sərəncamının imzalanacağı gözlənilir.

Xural.com strateq.az-a istinadən xəbər verir ki, bu sözləri İnsan hüquqları üzrə Birgə Qrupun üzvü, hüquq müdafiəçisi Novella Cəfəroğlu deyib.

Onun sözlərinə görə, siyahı hazırlanaraq Əfv Komissiyasına təqdim edilib:

“Bayram ərəfəsində əfv olacağı gözlənilir. Siyahı hazırlanaraq Əfv Komissiyasına təqdim edilib. Siyahıda 23 nəfərin adı var”

Xatırladaq ki, Əfv Komissiyasının üzvləri də mediada əfv sərəncamının verilə biləcəyini istisna etməyiblər.

Prezident İlham Əliyev sonuncu dəfə 28 dekabr 2015-ci il tarixində əfv sərəncamı imzalayıb. 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button