Rubrikalar: MARAQLI XuralTAC

BBC: Təyyarə pilotu havada naməlum obyektlə qarşılaşdı

İrlandiyanın aviasiya idarəsi ölkənin cənub-qərbində parlaq işıq saçan naməlum uçan obyektlərin müşahidə edilməsi ilə bağlı faktları araşdırır.

Virtualaz.org BBC-yə istinadən xəbər verir ki, noyabrın 9-da yerli vaxtla saat 6:47-də “British Airways” aviaşirkətinin sərnişin təyyarəsinin pilotu Şannon hava limanının hava hərəkətinin idarə edilməsi qurumu ilə əlaqə saxlayaraq, təyyarənin yerləşdiyi hava məkanının yaxınlığında hər hansı hərbi təlimlərin keçirilib-keçirilmədiyini xəbər alıb. Belə ki, o, havada “çox sürətlə hərəkət edən” cisimlər görüb.

Cavab mənfi olub. Pilota bildiriblər ki, yaxınlıqda heç bir hərbi təlim keçirilmir.

Monrealdan Londona uçan təyyarənin pilotu dispetçerə deyib ki, ekipaj çox parlaq işıq müşahidə edir, sol tərəfdən isə gözlənilmədən naməlum obyekt peyda olub və o, kəskin sürətlə şimala tərəf yönəlib.

Pilot əlavə edib ki. onların nə baş verməsi ilə bağlı heç bir mülahizələri yoxdur, lakin bir şey aydındır ki. naməlum obyektin məqsədi təyyarə ilə toqquşmaq deyildi.

“Virgin Airlines” aviaşirkətinin təyyarəsinin pilotu isə ehtimal edir ki, bu, Yer atmosferinin sıx qatlarına daxil olan meteor və ya digər obyekt ola bilərdi.

Onun sözlərinə görə, həmin vaxt eyni trayektoriya üzrə daha bir neçə parlaq obyekt hərəkət edib.

9 noyabr tarixində birdən-birə bir neçə təyyarənin ekipajından oxşar xəbərlər alan yerli aviasiya idarəsi hesabat hazırlayıb və “məxfi hadisə araşdırılması” rejimində baş verənlərin təfərrüatlarını öyrənir.

Qeyd edək ki, bu günlərdə yayılan digər xəbərlərə görə, son vaxtlar Yer planetinin ən müxtəlif hissələrində bu cür hadisələrin sayı hədsiz artıb. Naməlum obyektlərin daha sıx göründüyü və onların eniş etmə ehtimalının olduğu azsaylı məkanlardan biri kimi Azərbaycanın da adı çəkilir.

Paylaş:

This post was last modified on 14 Noyabr 2018 11:16 axşam

Share

Son Əlavələr

  • GÜNDƏM
  • XuralTAC

Mikayıl Cabbarov əsas nazir oldu

Rövşən Ağayev: “Baş nazirlik institutunun ləğv olunması ən doğru addım olardı” “Prezident İlham Əliyevin 23 oktyabr sərəncamlarını struktur islahatları adlandırmaq…

23 Oktyabr 2019 8:48 axşam
  • GÜNDƏM
  • SİYASƏT
  • XuralTAC

Ramiz Mehdiyev getdi!

Prezident İlham Əliyevin sərəncamı ilə Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev tutduğu vəzifədən azad edilib. Digər bir sərəncamla dövlət başçısı Ramiz…

23 Oktyabr 2019 8:27 axşam
  • GÜNDƏM
  • XuralTAC

Əli Kərimlinin alnına 9 tikiş vurulub-FOTO

AXCP sədri Əli Kərimlinin 19 oktyabr mitinqində həbs edləndən sonra polislərin döyməsi nəticəsində başından aldığı xəsarəti göstərən yeni foto yayılıb.…

22 Oktyabr 2019 5:17 axşam
  • GÜNDƏM
  • MANŞET
  • XuralTAC

Əvəz Zeynallı Əli Kərimlini döyənlərdən yazdı

19 oktyabrda baş verən mitinqdə AXCP sədri Əli Kərimlinin polis tərəflərindən vəhşicəsinə döyülməsi ictimaiyyətdə geniş rezonans doğurub. Ölkə ictimaiyyətinin əksəriyyəti…

21 Oktyabr 2019 7:42 axşam
  • DÜNYA
  • XuralTAC

İspaniya diktatoru Frankonun nəşi yenidən müayinə olunacaq

İspaniyanın sabiq rəhbəri, general Fransisko Frankonun nəşi oktyabrın 24-də yenidən müayinə olunacaq. Xural.com DW xəbərə istinadən verir ki, hazırda Madrid yaxınlığındakı…

21 Oktyabr 2019 7:22 axşam
  • GÜNDƏM
  • XuralTAC

Əli Həsənov və Hacıbala Abutalıbov vəzifələrindən azad olundular-SƏRƏNCAM

Baş nazirin iki müavini - Əli Həsənov və Hacıbala Abutalıbov vəzifələrindən azad olunublar. Musavat.com xəbər verir ki, bu barədə Azərbaycan…

21 Oktyabr 2019 7:17 axşam
Xural.COM