BDM-dən almaniyalı soydaşımıza dəstək…

ismayıl ağayevBeynəlxalq Diaspor Mərkəzinin (BDM) təşkilatçılığı ilə Almaniya Federativ Respublikasında yaşayan azərbaycanlı ailəsinin hüquqlarının müdafiəsi ilə bağlı dəyirmi masa keçirilib. Tədbiri giriş sözü ilə açan BDM sədri İsmayıl Ağayev həmin ailə barədə aşağıdakıları bildirib: “15 ildir Almaniyada yaşamaqda olan Elçin Məmmədovun uşaqları 2004-cü il təvəllüdlü Elay, 2006-cı il təvəllüdlü Anay və 2009-cu il təvəllüdlü Ayqar “Juqendamt” təşkilatı tərəfindən qapı sındırılaraq anası Aygiz Tanellinin əlindən zorla alınaraq naməlum istiqamətə aparılıb. 10 aydır uşaqlar valideynlərinə qaytarılmır və bununla bağlı ailə BDM-ə müraciət edib”.

Tədbirdə çıxış edən Milli QHT Forumunun prezidenti Rauf Zeyni, Uşaq Hüquq Klinikasının direktoru Rafiq Abışov, Azərbaycan Miqrasiya Mərkəzinin rəhbəri Əlövsət Əliyev, “Dünya” Ana və Uşaqların İctimai Birliyinin rəhbəri Dünyaxanım Əliyeva, Ana və Uşaq İctimai Birliyinin rəhbəri Aidə Bayramova, hüquq müdafiəçisi Səadət Bənəniyarlı, MQF İdarə Heyətinin üzvü İradə Rzazadə, filoloq Əziz Ələkbərli və başqaları öz çıxışlarında uşaqları valideynlərindən alınmış ailənin probleminin həlli istiqamətində konkret təkliflər bildirdilər. Dəyirmi masada qərara alındı ki, Almaniyanın Azərbaycandakı səfiri ilə görüş təşkil olunsun, daha sonra Azərbaycanın Almaniyadakı səfirliyi vasitəsilə ailənin düşdüyü vəziyyət araşdırılsın. Həmçinin Azərbaycan Miqrasiya Mərkəzi tərəfindən adı çəkilən uşaqların valideynlərinə qaytarılması üçün hüquqi yardımın göstərilməsi qərarlaşdırıldı. O cümlədən dəyirmi masada xarici ölkələrdə yaşayan azərbaycanlıların hüquqlarının müdafiəsi ilə bağlı Milli QHT Forumunun nəzdində ekspertlərdən ibarət işçi qrupunun yaradılması da qərara alındı. Tədbirdə çıxış edən Elçin Məmmədovun xalası Cənnət Hüseynova iştirakçılara təşəkkür edərək, uşaqların valideynlərinə qaytarılması istiqamətində Qeyri-Hökumət Təşkilatlarından və BDM-dən köməklik göstərilməsini xahiş etdi.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button