BDM qələbəmizə şahidlik edib

Komandamız Çexiyanı öz meydançasında pərişan edib…

Azərbaycanın qızlardan ibarət “İqtisadçı” voleybol komandası Çex Respublikasının Brno şəhərində yerli komanda ilə növbəti oyun keçirib. Bir müddət bundan öncə Bakıda 3-0 hesabı ilə məğlub olmuş çex komandası qələbə əzmi ilə meydana çıxıb. Lakin çoxsaylı azarkeşlərin alqışları altında oynamasına baxmayaraq, milli komandamız onların arzularının həyata keçməsinə imkan verməyib və yenidən 3-2 hesabı ilə qələbəni təmin ediblər.

Çexiyada səfərdə olan Beynəlxalq Diaspor Mərkəzinin sədri İsmayıl Ağayev və onun rəhbərliyi altında BDM-in Avropa nümayəndəliyi və onun üzvləri, BDM-in İtaliya nümayəndəliyindən gəlmiş qonaqlar da əllərində Azərbaycan bayraqları ilə milli komandamızın oyunçularını dəstəkləyiblər. “Azərbaycan” və “İqtisadçı” şüarları bütün zalı bürüyüb. Professor Azər Kərimovun rəhbərliyi altında əllərində Azərbaycan bayraqları olan bir qrup tələbə də xüsusi fəallıq göstəriblər. Oyun başa çatandan sonra BDM sədri komandamızı təbrik edib, gələcəkdə də Avropada keçiriləcək oyunlarda onlara dəstək verəcəyinə söz verib.

“Xural” qəzeti
il: 9, sayı: 007(415), 6-12 mart 2011-ci il

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bunu da oxuyun
Close
Back to top button