BDU-da baş verən cinayətdə günah “öləndə” olub

Bakı Dövlət Universitetinin rektor müşavirinin bıçaqlanmasının səbəbi məlum olub. Belə ki, müşavir Mirzə Mirzəyevi bıçaqlayan İsmixan Mirzəyev, universitetdə suvaqçı-rəngsaz işləyib.

Bir gün əvvəl müşavir onu öz kabinetinə çağırıb və artıq işdən çıxarıldığını bildirib. Bundan əsəbiləşən İsmixan Mirzəyev, müşavir stolunun üstündəki meyvə bıçağını götürərək onu bıçaqlayıb. Bu zaman səs-küyə gələn komendant Şahlar Bəgalıyev otağa daxil olub və İsmixan Mirzəyev onu da bıçaqlayıb. Hazırda müşavir Mirzə Mirzəyev, xəstəxanada müalicə olunur.

İsmixan Mirzəyev isə tutularaq istintaqa cəlb edilib. O, Cinayət Məcəlləsinin qəsdən sağlamlığa ağır zərər vurma maddəsi ilə ittiham edilir. İsmixan Mirzəyev yaxınlarına rektorluğun ona kifayət qədər borclu olduğunu, lakin borcu qaytarmaq əvəzinə onu işdən çıxardığını, bu səbəbdən cinayətə əl atdığını bildirib.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button