“Belə demokratiyanın tərəfdarı deyilik…”

Əli Həsənov“Bizə demokratiya dərsi verən Qərb ölkələrində təhqiredici bir sayta rast gəlsəniz, onda mən Azərbaycanı söz azadlığının səviyyəsi ilə bağlı yüz neçənci yerə qoyan təşkilatlara Azərbaycanın ali orden, medalının verilməsi tövsiyəsini irəli sürərdim”.

xural.com -un   az.trend.az-a istinadən verdiyi məlumata görə, bunu Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov bu gün Azərbaycanın KİV rəhbərləri ilə görüşündə Mətbuat Şurasının sədri Əflatun Amaşovun Azərbaycanda sosial mediada təhqiredici saytların olması ilə bağlı fikrinə münasibət bildirərkən deyib.

Ə.Həsənov bildirib ki, əgər doğrudan da Qərbin təlqin ediyi demokratiya budursa, biz, Azərbaycan xalqı olaraq belə demokratiyanın tərəfdarı deyilik: “Onlar özlərinə rəva görmədiklərini digər dövlətlərə, xalqlara rəva görürlər. Onların dediyini həyata keçirməyənlərə qarşı da özlərinin “5-ci kalon” rolunu oynayan qeyri-hökumət təşkilatları vasitəsi ilə antikampaniya aparırlar. İkili standartlar haqqında danışırıq, amma çox təəssüflər olsun ki, danışıqlarımız beynəlxalq ictimai rəyi formalaşdıran “təşkilatlar” tərəfindən nəzərə alınmır”.

xural.com 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button