“Belə hərəkətlər Türkiyəni Avropa İttifaqına yaxınlaşdırmaq əvəzinə, uzaqlaşdırır”.

erdoqan klip

Almaniya və Avropa İttifaqı prezident Recep Tayyip Ərdoğanı lağa qoyan satirik mahnının Almaniya televiziyası ilə efirə verilməsinə etiraz edən rəsmi Ankaranın iradlarını rədd edib.

Bu mahnının videoklipi iki həftə bundan əvvəl Almaniyanın regional NDR telekanalının “extra 3” şousunda efirə verilmişdi. Videoklipdə Türkiyə prezidentinin avtoritarlığı, media hüquqlarını tapdalaması, ifadə azadlığına qarşı hücumları və bir sıra başqa məziyyətləri kəskin satira atəşinə tutulur.

Türkiyə hökuməti keçən həftə bu hadisə ilə əlaqədar Almaniya səfirini XİN-ə dəvət etmiş və videonun yığışdırılmasını tələb etmişdi. Lakin istər Almaniya, istərsə də Avropa İttifaqının, Türkiyənin belə reaksiyasına münasibəti son dərəcə mənfi olub. Onların bəyanatında bildirilir ki, mətbuat azadlığı məsələsində heç bir güzəştə yol verilə bilməz.

Satirik mahnı

Alman dilində olan mahnının sözlərində deyilir ki, “bir jurnalist Erdoğanın xoşuna gəlməyən nəsə yazsa, dərhal məhbəsə atılır, qəzet redaksiyaları bağlanır, o, gözünü belə qırpmadan etirazçıları gecə-gündüz suatan atəşinə tutur…”

Lakin mahnının ən ağır hissəsi “İslam Dövlətindən olan din qardaşlarını yox, kürdləri bombalayan Erdoğan” iddiası barədədir. Mahnıda həmçinin Avropa İttifaqının Türkiyə ilə miqrantlara dair sazişi də tənqid edilir.

Lakin ölkə daxilində və xaricdə tənqidə son dərəcə dözümsüzlüyü ilə tanınan Türkiyə lideri Almaniya səfirini dəfələrlə Türkiyə XİN-ə çağırtdırıb. Türkiyə diplomatları səfirin həqiqətən də “danlandığını” AFP agentliyinə təsdiq ediblər:

“Biz yayının dərhal efirdən çıxarılmasını tələb etmişik” – deyə Türkiyə XİN bildirib.

Lakin Avropa Komissiyasının prezidenti Jan Klod Yunker səfirin satirik mahnıya görə çağrılmasını xoşagəlməz hərəkət adlandırıb.

Ankaranın nəzərinə çatdırılıb ki…

Avropa Komissiyası başçısının sözçüsü Mina Andreeva müxbirlərə deyib ki, cənab Yunkerin fikrincə, “belə hərəkətlər Türkiyəni Avropa İttifaqına yaxınlaşdırmaq əvəzinə daha da uzaqlaşdırır”.

Almaniya XİN-in sözçüsü isə bildirib ki, təməl azadlıqların müzakirə mövzusu olmadığı Ankaranın nəzərinə çatdırılıb.

Qərb mediası bildirir ki, 2014-cü ildə prezident olandan bəri Türkiyədə məşhurlar və məktəblilər də daxil 1800 nəfər “Erdoğanı təhqir” ittihamı ilə mühakimə olunub.

Ötən həftə Ərdoğan Cumhuriyyet qəzetinin jurnalistləri Can Dündar və Erdem Gülün məhkəmə dinləməsinə qatılmış xarici diplomatlara da sərt bir dillə təpinərək “axı siz kimsiniz” demişdi.

Erdoğanın bu etirazına cavab ABŞ-dan, Dövlət Departamentindən gəlib. Departamentin sözçüsü Con Kirbi deyib ki, “bu bizim bu cür mühakimələri izlədiyimiz birinci hal deyildir və şübhəsiz sonuncusu da olmayacaqdır”.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button