“Belə xəbərlər davam edərsə…” – Azərbaycan Dillər Universiteti İTTİHAMLARA CAVAB VERDİ

“Bu gün bəzi saytlarda dərc olunmuş “Azərbaycan Dillər Universiteti necə süqut edir? – İTTİHAM” yazısı tamamilə yalan və böhtandan ibarətdir. Dəqiqləşdirilməmiş məlumatların dərc edilməsi, qarşı tərəfin mövqeyinin öyrənilməməsi jurnalistlərin peşə etikasının, peşə kodeksinin ciddi şəkildə pozulmasıdır və biz bunu qınayırıq”.

Bu sözləri huriyyet.org saytına açıqlamasında Azərbaycan Dillər Universitetinin mətbuat xidmətinin rəhbəri Ağa Cəfərli bildirib.

Ağa Cəfərli jurnalistləri diqqətli olmağa çağırıb: “Jurnalistləri bu cür məsələlərə həssas yanaşmağa, peşə kodeksinə hörmətlə yanaşaraq qarşı tərəfin mövqeyini öyrənməyə çağırır, həqiqəti öyrənmək istəyində olan həmkarlarımızı universitetə dəvət edirik. Qeyd etmək istəyirik ki, ağ yalan yazan adamlarla bağlı məhkəməyə müraciət etmək hüququmuzu özümüzdə saxlayırıq. Belə xəbərlər davam edərsə, bu hüququmuzdan istifadə edəcəyik”.

 

Hurriyyet.org

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button