Belarusda seçki təlatümü – etirazlar, toqquşmalar… – VİDEO

Dünən keçirilən qalmaqallı seçkidən sonra Belarusun paytaxtı Minsk etirazlarla qaynayır. Keçirilən seçkilərdə ilkin nəticələrin açıqlanmasından sonra xalq küçələrə axışıb. Onlar Lukaşenkonun seçkini saxtalaşdırdığını iddia edirlər. Polislə şiddətli toqquşmalar olub, onlarla yaralı var.

BBC Rusca Xidməti xəbər verir ki, Pinsk şəhərində (əhalisi təqribən 140 min nəfərdir) seçki günü gecə hətta şəhərin meri etirazçılara danışıqlar aparmaq üçün çıxıb, şahidlər hərbi helikopterin gəldiyini bildirib.

Hüquq müdafiəçiləri həbs olunanların sayını açıqlayıblar.

Belarusiyada seçki günü ən azı 120 nəfər saxlanılıb. Bu barədə media “Viasna” hüquq müdafiə mərkəzinə istinadən xəbər verir.

Verilən məlumatlara görə Minskdə 61, bölgələrdə 79 nəfər saxlanılıb.

Media həmçinin yazır ki, hüquq müdafiəçilərinin xəsarət alanların sayı barədə sayı barədə məlumatları yoxdur.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button