Belfastda Böyük Səkkizlərin Azərbaycan siyasəti

Belfast

17.06.2013

Prezident Obama Böyük Səkkizlərin zirvə toplantısında iştirak etmək üçün Şimali İralndiyada səfərdədir.

Böyük Səkkizlərin sammiti adətən iqtisadi zirvə toplantısı sayılsa da, bu il Şimali İrlandiyada keçiriləcək görüşdə müzakirə ediləcək əsas məsələ Suriyada qanlı münaqişə və dünyanın ən nüfuzlu ölkələrinin onu dayandıra bilib-bilməməsi olacaq.

Rusiya prezidenti Vladimir Putin Böyük Səkkizlərin liderləri arasında Suriya prezidenti Bəşar Əl-Əsəd dəstək verən yeganə dövlət başçısıdır. Corc Vaşinqton universitetində Avropa araşdırmaları bölməsinin direktoru Şehrəzad Rəhmanın sözlərinə görə, o, Böyük Səkkizlərin qərar qəbul edilməsi prosesində həlledici rol oynayır

Şəhrəzad Rəhman:”Putin belə görüşləri sevir. O, xüsusilə bu toplantıda diqqət mərkəzindədir. O bilir ki, onsuz Əsədlə sülhə dair heç bir razılaşma əldə etmək mümkün deyil.”

 Prezident Obama və prezident Putin Böyük səkkizlərin  sammitində təkbətək görüş keçirəcək. Amerika universitetində Beynəlxalq Münasibətlər fakültəsinin dekanı Ceyms Qolgiyer deyir ki, Suriya görüşdə başlıca müzakirə mövzusu olacaq:”Suriya münaqişəsində müxtəlif tərəflərin iştirak edəcəyi beynəlxalq konfransın keçirilməsi səylərinin gücləndirilməsi əlbəttə ki çox yaxşı olardı. Onların buna nail olub-olmayacağı, ya da orada buna mane olan hadisələrin baş verib-verməyəcəni demək çətindir.”

Lakin buna baxmayaraq, Qolgiyer ABŞ və Rusiya prezidentlərinin bəzi məsələlər ətrafında birgə iş apara biləcəyinə inandığını deyir: “Onların hər ikisi əks-terror məsələsinə böyük diqqət göstərir. Hər iki tərəf İranın nüvə silahları istehsal etmədiyinə əmin olmaq istəyir. Onlar Koreya yarımadasında gərginliyin azaldılmasına maraqlıdır.”

Şimali İrlandiyada olduğu müddətdə cənab Obama həmçinin ABŞ və Avropa arasında iş yerlərinin artırılması, tariflər və manelərin aradan qaldırılmasını nəzərdə tutan azad ticarətə dair razılaşmaya dair danışıqlarda tərəqqi əldə edilməsinə çalışacaq.

Prezident Obama həm sammitdə, həm də gələn həftə Berlində Almaniya kansleri Angela Merkellə görüş zamanı ABŞ hökumətinin izləmə proqramı məsələsindən yayına bilməyəcək.

 Şəhrəzad Rəhmanın sözlərinə görə, məsələ danışıqlarda bir mürəkkəblik yarada bilər: “Milli Təhlükəsizlik Agentliyi bu proqramı Yaxın Şərqdə kəşfiyyatın izlənməsi üçün hazırlamnışdır. İndi belə görünür, bu, Avropa və xüsusilə Almaniyaya da aid olub. Almaniya ictimaiyyəti bununla bağlı hay-küy qalxıb, əslində haqlı olaraq, çünki onlar ABŞ-ın fundamental vətəndaş hüquqlarını pozduğuna inanır, özü də təkcə ABŞ-ın özündə deyil, Qərbi Avropada da.”

ABŞ prezidenti Barak Obama 2008-ci il prezident seçki kampaniyası zamanı 200 min insan qarşısında çıxış etdiyi kimi bu dəfə də Berlində Brandenburq qapısı önündə nitq söyləyəcək.

“Böyük səkkizlər”in Belfast toplantısında Azərbaycan məsələsi

Novruz Məmmədovun “başda böyük dövlətlər də olmaqla, üçüncü dəfə prezidentliyə namizədliyə razılıq veriblər” bəyanatının pərdəarxası; Obama Putini yola gətirə biləcəkmi?

Prezident Administrasiyasının rəhbərinin müavini, xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədovun “başda böyük dövlətlər də olmaqla, İlham Əliyevin üçüncü dəfə namizədliyinə razılıq veriblər” bəyanatının pərdəarxası məqamları mətbuatda yer alıb.

Novruz Məmmədov

Novruz Məmmədovun məlum bəyanatı: “Beynəlxalq imicə qalsa, bəzi inkişaf etmiş Avropa dövlətlərində vəziyyət daha ciddidir. Bu baxımdan üçüncü prezidentlik müddəti ilə bağlı heç bir problem ola bilməz və bu, artıq həll edilmiş məsələdir… İkincisi, başda bütün böyük ölkələr olmaqla, bu məsələyə özlərinin tam razılıqlarını veriblər”…

Bu gün Şimali İrlandiyanın paytaxtı Belfastda öz işinə başlayan “Böyük səkkizlər” in sammitində (ABŞ, Almaniya, Böyük Britaniya, Fransa, İtaliya, Kanada, Rusiya və Yaponiya) Azərbaycandakı prezident seçkiləri ilə bağlı ciddi qərar və anlaşma olmalıdır. Əlbəttə, burada əsas oyunçu dövlətlər -ABŞ, Rusiya və Fransa, qismən Böyük Britaniya, nəhayət, Almaniyadır.
Hələ bir neçə ay əvvəl  mətbuat belə bir məlumat əldə etmişdi ki, oktyabr seçkiləri ilə bağlı ən mühüm gəlişmə ABŞ prezidenti Barak Obamanın rusiyalı həmkarı Vladimir Putinlə iyunda keçiriləcək “G-8″ sammitində olmalıdır. Amma o zaman hələ YAP İlham Əliyevin üçüncü müddətə namizədliyini verməmişdi, müxalifət isə Milli Şuranın yaradılması istiqamətində ilk müzakirələrə başlayırdı. Bu səbəbdən hakimiyyət daxilindən ötürülən xəbərə soyuq yanaşdıq və dərc etməyi ertələdik. Bundan sonrakı proseslər – YAP-ın tələsik qurultayı, partiyanın siyasi vitrinində ciddi dəyişiklik, ABŞ başda olmaqla Qərb ölkələrinin üçüncü müddətə susqunluğu  və  N.Məmmədovun bu cür açıq mesajı əslində həmin xəbərin səhih olduğunu təsdiqlədi.
Qaynağın dediyinə görə, iqtidar sammitdə iki və üçtərəfli müzakirəyə çıxarılacaq, Azərbaycan məsələsinə o dərəcədə ciddi önəm verir ki, üzv ölkələrin bir sıra diplomatları ilə gündəlik təmasdadırlar. Bu sırada xüsusən Fransa ilə əlaqələrə və onların diplomatları ilə işbirliyinə üstünlük verilir. Məlumdur ki, Fransa Heydər Əliyev zamanından hakimiyyətə ciddi dəstək verir. Bu seçkidə də onların seçiminin İlham Əliyev olacağı sübhə doğurmur. Fransa Qarabağ məsələsində Ermənistanın daha ciddi dəstəkçisi olsa da, Əliyevlərin hakimiyyətdən getməsini birmənalı istəmir.
 
Milli Şuranın sədri Rüstəm İbrahimbəyov ACP lideri Rəsul Quliyevin ciddi dəstəyi və təşkilatçılığı ilə ABŞ-da yüksək səviyyədə qəbul edilsə də, Ağ Evin demokratik qüvvələrin hakimiyyətə gəlməsinə isti münasibəti sezilmir, əksinə, bu seçimin daha çox İlham Əliyev olduğuna işarələr var. Obama administrasiyası nə qədər gizlətməyə çalışsa da, Azərbaycanla münasibətlərdə enerji məsələsi həmişəki kimi yenə öndədir və bu seçki ilində də Ağ Evin siyasətində ciddi dəyişiklik nəzərə çarpmır.
Nəhayət, Azərbaycandakı seçkilərin taleyinə ciddi ölçüdə təsir edəcək əsas ölkə – Rusiya… Məlumatlara görə, Rusiyanın ABŞ-la oktyabr seçkiləri ilə bağlı anlaşdığı barədə mətbuatda səslənən iddiaların ciddi əsası yoxdur. Hakimiyyətin daxilindəki ciddi narahatlığın da əsas səbəbi Rusiyanın hələ ki, bu məsələdə razılığa gəlməməsidir. Rusiya sanki hakimiyyətin əsəblərinin nə dərəcədə möhkəm olduğunu yoxlayırmış kimi davranır.
Bu sammitdə ABŞ prezidenti ilə Vladimir Putinin ciddi fikir ayrılığına səbəb olacaq mövzulardan birinin də Azərbaycan məsələsinin olacağı gözlənilir. Çünki Amerika bu seçkidə təşəbbüsü ələ almış kimi görünür və bu durum Kremli bərk qıcıqlandırır. Üstəlik, seçki ilində hakimiyyətin ABŞ-dan dost, Rusiyadan isə “xoxan” obrazı yaratmaq cəhdi Putinə, yumşaq desək, xoş deyil.
Hakimiyyət sammit ərəfəsi Rusiyanın nəbzini yoxlamaq üçün öz mənbələrini işə salsa da, Kremldən “yüz faiz əminliklə” yalnız bir cavab ala bildi. “Yalnız yüz faiz əminliklə onu deyə bilərəm ki, Barak Obama, Vladimir Putin və Fransua Olland Dağlıq Qarabağ münaqişəsi ilə bağlı birgə bəyanat qəbul edəcəklər”, – deyə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib. Onun sözlərinə görə, Rusiya və ABŞ prezidentləri “G-8″ sammiti çərçivəsində üç sənəd imzalamağı planlaşdırır. Bundan başqa Barak Obama, Vladimir Putin və Fransua Olland Dağlıq Qarabağ münaqişəsi ilə bağlı birgə bəyanat qəbul edəcəklər.

Hakimiyyət məsələsində Rusiyanın sərt mövqeli prezidenti Putini yola gətirmək o qədər də asan işə oxşamır. Hakimiyyətə yaxın daha bir mənbənin iddiası da maraqlıdır. “Bu sammitdə Rusiya razılığa gəlməsə, rəsmi Bakı Kremlə sərt ritorikasını göstərməkdə qərarlıdır və bu, Azərbaycandakı vəziyyəti gərginləşdirə bilər”, – deyə mənbə bildirib.

 Avropa Birliyinin Bakıdakı diplomatlarından birinin ehtiyatsız etirafına görə, “G-8″ sammiti hakimiyyət üçün həyati dərəcədə önəmlidir və ”razılıq olsa, qarşılarında durmaq çətin olacaq”. Diplomat “çətinlik” deyərkən, Qərb institutlarını, yoxsa əvvəlki seçkilərlə müqayisədə ciddi fərqlə önə çıxmış müxalifəti nəzərdə tutduğunu dəqiqləşdirməyib.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button