Beyləqanın icra başçısı vəzifəsindən azad edilib

Yayımlandı: 6 İyun 2024 14:01

Asif Ağayevin yerinə hələ ki təyinat olmayıb

Asif Ağayev Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

Bu barədə ölkə başçısı İlham Əliyev iyunun 6-da sərəncam imzalayıb.

Asif Ağayevin yerinə hələ təyinat olmayıb.

Asif Ağayev 1961-ci ildə Sabirabad rayonunda doğulub.

O, 1988-ci ildə V.V.Kuybışev adına Moskva İnşaat Mühəndisləri İnstitutunu inşaatçı-mühəndis ixtisası üzrə bitirib.

Əmək fəaliyyətinə 1979-cu ildə Sabirabad kolxozlararası tikinti idarəsində başlayan Asif Ağayev “ŞelfLayihəTikinti” İstehsalat Birliyinin 1 saylı Tikinti Quraşdırma İdarəsində usta, “XəzərDənizNeftQazİnşaat” Tresti SMD-də iş icraçısı, sahə rəisi, “XəzərDənizNeftQazİnşaat” Tresti 2 saylı İTQ İdarəsində sahə rəisi, baş mühəndis, “Terminal” MMC-nin direktoru işləyib.

Asif Ağayev 2013-2018-ci illərdə Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışıb.

2018-ci ildən Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı idi.

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button