Beynəlxalq hüquq müdafiəçiləri Hilal Məmmədovla Əvəz Zeynallıya baş çəkiblər

15.03.2013

Beynəlxalq İnsan Hüquqları Federasiyanın (FİDH) 4 nəfərdən ibarət nümayəndə heyəti ötən gün Kürdəxanıda yerləşən Bakı İstintaq Təcridxanasında olublar. Nümayəndə heyətinə qurumun Şərqi Avropa və Mərkəzi Asiya üzrə nümayəndəsi Aleksandra Kulayeva rəhbərlik edir. Bu barədə Turan-a Helsinki Vətəndaş Assambleyası Azərbaycan Milli Komitəsinin rəhbəri Arzu Abdullayeva məlumat verib. Nümayəndə heyəti təcridxananın əsasən qadınlar olan hissəsinə baxış keçirib. 

Həmçinin hüquq müdafiəçiləri təcridxanada saxlanılan “Tolışi sado” və “Xural” qəzetinin redaktorları Hilal Məmmədov və Əvəz Zeynallı ilə görüşüblər.

Onlar müxalifət liderləri İlqar Məmmədov və Tofiq Yaqublu ilə görüşmək istəyiblər, lakin onlara bildiriblər ki, məhbuslar istintaq hərəkətləri ilə əlaqədar yoxdur.

Nümayəndə heyəti həbsdə olan siyasi fəalların və jurnalistlərin vəkilləri ilə görüşmək niyyətindədir. Sabah nümayəndə heyətinin səfəri başa çatır. Qonaqlar bir həftə ərzində müxtəlif görüşlər keçirərək Azərbaycanda vəziyyətlə tanış olublar.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button