“Beynəlxalq təşkilatlar Azərbaycandakı uşaq ölümləri ilə bağlı qərəzli fikir yürüdürlər”

nesib quliyev

“Azərbaycanda uşaq, xüsusi ilə də körpə ölümü 1992-ci illə müqayisədə 3 dəfəyə yaxın azalıb. Lakin yenə də bu göstəricini 4 faizə çatdıra bilməmişik”.

Report.az-ın məlumatına görə, bunu Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru, ölkənin baş pediatrı Nəsib Quliyev deyib.

O qeyd edib ki, bir qrup beynəlxalq təşkilatlar əhali arasında sorğu keçirməklə uşaq ölümü ilə bağlı fikir yürüdürlər:

“Bu da təbii ki, qərəzli mövqedir. Bəzən dərinə gedəndə həmin təşkilatların siyasi məqsədlərinin olduğu üzə çıxır. Ona görə də biz həmin fikirləri heç vaxt qəbul etmirik. Misal olaraq, Azərbaycanda həm Səhiyyə Nazirliyinin, həm də Dövlət Statistika Komitəsinin konkret rəqəmləri var. 2014-cü ilin yekunlarına görə, 1 693 uşaq tələf olub. Azərbaycanda uşaq ölümünün sayı artmış olsaydı, bunu hər kəsdən əvvəl biz hiss edərdik. Düşünmək lazımdır ki, dünyaya gələnlərdən çoxu tələf olsaydı, əhalimizin sayı necə arta bilərdi?!”

Ölkənin baş pediatrı bildirib ki, 1990-1993-cü illərdə ölkədə hər 1000 nəfər diridoğulan uşaqdan 1 yaşa çatana qədər 30 nəfəri ölüb:

“Bu gün isə körpə ölümünün göstəricisi 10,2 promillidir. Bu o deməkdir ki, ötən müddətdə bu sahədə azalma əldə edilib”.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button