“Beynəlxaq Bankla bağlı işin kökləri müxtəlif məmurlara gedib çıxa bilər”

Əli Əliyev: “Ölkədən qaçırılan pulların hamısı oğurluq pullardır”
Məlum olduğu kimi, İngiltərənin müvafiq qurumları Azərbaycan Beynəlxalq Bankının keçmiş rəhbərinin həyat yoldaşı Zamirə Hacıyevaya məxsus bu ölkədəki bir sıra mülklərə həbs qoyub. Buna səbəb həmin mülklərin korrupiya yolu ilə əldə edilmiş vəsaitlər hesabına əldə edilməsidir.
Rəsmi Bakı Azərbaycan xalqının və dövlətinin cibindən oğurlanan bu mülkləri İngiltərədən geri tələb edə bilərmi? Bu mülk və vəsaitlərin Azərbaycanın dövlət büdcəsinə qaytarılması üçün hüquqi müstəvidə konkret addımların atılması məqsədəuyğun olmazmı?
Moderator.az -a açıqlama verən VİP sədri Əli Əliyevin sözlərinə görə, Azərbaycan tərəfinin belə bir tələblə çıxış edəcəyi təqdirdə, sözügedən olayın bütün incəlikləri və dərinlikləri ilə üzə çıxması ehtimalı var ki, iri ranqlı məmurların bu məsələdə maraqlı olması şübhə altındadır:
“Bu hadisə göstərdi ki, ölkədə korrupsiya yolu ilə qazanılan böyük vəsaitlər var. Azərbaycan belə bir tələb irəli sürsə, o zaman Beynlxalq Bankdan daha kimlərin nə qədər oğurladığı, kimlərin bu məslədə kimlərlə şəriklik etdiyi ilə bağlı məqamları dəqiqləşdirməlidir.
İngiltərədə 57 rus milyarder yaşayır. Oradakı əmlak və pulları onların rəsmi vəsaitləridir, onlar müvafiq qeydiyyatdan keçiblər və bu vəsaitin təmiz olduğu ortadadır. Buna görə də onlar sərbəst şəkildə orada fəaliyyət göstərə bilirlər. Azərbaycandan qaçırılan pulların hamısı oğurluq pullardır. Onların heç birinin hüquqi təminatı mövcud deyil. Azərbaycan rəsmi şəkildə belə bir tələblə çıxış etsə, onda bu məsələ zəngirvari reaksiya kimi uzana bilər. Bu işin kökləri Bakıda müxtəlif məmurlara qədər gedib çıxa bilər. Ona görə də məmurların bu məsələyə maraq göstərəcəyi inandırıcı deyil”.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button