Binəqədidə yanan binanı tikən şirkətin rəhbəri həbsdən azad edilib

‘Onun əmlakının müsadirə olunması haqda hökm ləğv edilib”

Binəqədi rayonunda 2015-ci il may ayının 19-da çoxmərtəbəli yaşayış binasında yanğın nəticəsində 8 il həbs cəzası alan “Global Construction” MMC-nin təsisçisi və idarə heyətinin sədri Miryusif Mahmudov azadlığa buraxılıb.

Məlumatı E-huquq.az saytı yayıb.

Bildirib ki, M.Mahmudov barəsində hüquqi tənzimləmə tətbiq edilərək, cəzadan şərti olaraq azadlığa buraxılıb. Eyni zamanda, Ali Məhkəmə onun şikayəti əsasında əmlakının müsadirə olunması haqqında hökmü ləğv edib.

Sayt yazır ki, M.Mahmudov barəsində qərar qəbul edilərkən 2017-ci ildə oktyabrın 20-də Cinayət Məcəlləsinə edilmiş dəyişikliklər əsas götürülüb. Dəyişikliyə əsasən, M.Mahmudovun ittiham olunduğu Cinayət Məcəlləsinin 308.2-ci maddəsinin sansksiya dairəsi azaldılıb.

2015-ci il may ayının 19-da Binəqədi rayonunda çoxmərtəbəli yaşayış binasının yanması nəticəsində 15 nəfər ölüb, 50 nəfər xəsarət alıb.

Miryusif Mahmudov və prezident İlham Əliyev

 

 

 

 

 

 

 

 

 

 

 

Miryusif Mahmudov və prezident İlham Əliyev

Mənbə: meydan.tv

 

Binanın üzlənməsində istifadə olunan “poliuretan” məmulatını istehsal edən “QlobalStone” MMC-nin baş direktoru Uğur Bəşirov, “Global Construction” MMC-nin təsisçisi və idarə heyətinin sədri Miryusif Mahmudov, İdarə Heyətinin sədr müavini Ələkbər Əsgərov, Binəqədi rayon İcra Hakimiyyəti başçısının sabiq birinci müavini Qəzənfər Novruzov, 2012-2013-cü illərdə Binəqədi rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin rəisi işləmiş rayon İcra HakimiyyətininTəsərrüfat şöbəsinin müdiri Ədalət Rəcəbov, 72 saylı Mənzil Kommunal İstismar Sahəsinin rəisi Nizami Orucov Cinayət Məcəlləsinin 225.2 (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olduqda) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə, “poliuretan” məmulatlarının sınaq yoxlamalarını keçirən “Dərnəgül Boru Zavodu” Qapalı Səhmdar Cəmiyyətinin sınaq laboratoriyasının müdiri Məmmədov Ağacavad Hacı oğlu Cinayət Məcəlləsinin 308.2 və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə, “poliuretan” məmulatlarına dair texniki şərtləri razılaşdırmış Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktoru Akif Əlibəyov Cinayət Məcəlləsinin 308.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq onlara həmin maddələrdə nəzərdə tutulan 4 elan edilib. A.Əlibəyov və A.Məmmədov barəsində isə həbs qətimkan tədbiri seçilməyib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə M.Mahmudov 8 il, Ə.Əsgərov 4 il, U.Bəşirov 5 il, Qəzənfər Novruzov 4 il, Ə.Rəcəbov 4 il, N.Orucov 3 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər. A.Məmmədovla A.Əlibəyovun barəsində isə Cinayət Məcəlləsinin 70-ci (şərti məhrum etmə) maddəsi tətbiq olunub və onlara şərti cəza verilib. Hökmdən narazı qalan məhkumlar apelyasiya şikayəti veriblər. Bakı Apelyasiya Məhkəməsi isə şikayəti təmin etməyib.

Məhkəmə ifadəsində Miryusif Mahmudov binanın yandırılması üçün uzun müddət hazırlıq işləri getdiyini açıqlamışdı:

“Hazırlıqlar da aprelin 10-da Xətaidəki binanın yandırılmasından başlanıb. Orada bina yandırıldı, “poliuretan” bütün Azərbaycanda qulaqlara dəhşətli söz kimi ötürüldü. “Poliuretan” zəhər kimi təqdim olundu. Sonra Veteranlar Şurasının binası yandırıldı. Bundan da üç gün sonra bu binanı yandırdılar. Əgər əvvəlki hadisələr olmasaydı, bu, adi yanğın hadisəsi kimi qarşılanacaqdı. Mənim nə siyasi, nə mənəvi, nə də iqtisadi səhvim olub. Adamlar MTN-də baş verənlər barədə oktyabrın 16-dan sonra danışmağa başladılar. Amma mən hələ avqustun 20-də Kürdəxanıda müstəntiqə başımıza gələnləri danışmışdım. Demişdim ki, Xətaidəki yanğından sonra bizim şirkətimiz haqda dövlət rəhbərliyinin yanında mənfi rəy formalaşdırmaqla təhdid ediblər, pul istəyiblər. Konkret adamların adlarını, onların telefon nömrələrini dedim. Müstəntiq təəccübləndi, dedi: “Bunlar necə adam imiş?” Amma özü də elə o gedən oldu. Hadisə yerinə gələn yanğınsöndürən maşınların şlanqı çıxmamış qara maşınlarla 17-18 nəfər MTN əməkdaşı ofisimizi basmışdı. Bunu mənə xəbər verəndən dərhal sonra ofisə getdim. Oradakı ab-havanı görəndə məndə belə hiss yarandı ki, Üsəma Ben Ladenin qohumuyam, məni aparmağa gəliblər. Saat 12-yə 15 dəqiqə işləmiş hadisə yerinə yanğınsöndürən maşınlar gəlir və eyni vaxtda bizim ofisimizdə xüsusi əməliyyat keçirilirsə, qərarın hardan gəldiyi maraq doğurur. Rəsmi məlumata görə, yanğın saat 17.30-da söndürülüb. Deməli, yanğının səbəbi, günahkarın kimliyi ən tezi 17.31-dən əvvəl məlum ola bilməzdi”.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button