Binəqədi zibilin içində batır – sakinlər partiya sədrini köməyə çağırdılar

Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev Bakı şəhəri, Binəqədi kəndində yaşayan bir grup sakindən aldığı şıkayətləri araşdırmaq üçün həmin ünvanda olub.

Partiyanın mətbuat xidmətindən xural.com-a verilən məlumata görə, partiya sədri ilə görüşən sakinlər Binəqədi kəndində, Mədən 1-də yaşayan şikayətçilər əsasən mərkəzləşdirilmiş kanalizasiya sisteminin və zibil qutularının olmamasından, yolların bərbad vəziyyətdə olduğundan şikayətləniblər.

Şikayətçi Mirsəlim Məmmədov: “Yola baxın. Bir həftə bundan qabaq yağış olub, su hələ də qalıb. Biz heç yerə çıxa bilmirik, uşaqlar məktəbə qedənəcən ayaqqabıları çirkli və su içində olur. Zibili məcbur oluruq yerə tullayaq. O da həftələrlə qalır, aparılmır. Kanalizasiya xətti yoxdur və evlərdən çıxan çirkab sular bu gölə axıdılır. Zibilin və kanalizasiya iyi basıb aləmi”.

Digər şikayətçilər də bu kimi problemlərdən danışıblar və bir neçə dəfə bu problemləri Binəqədi Bələdiyəsinin nümayəndələrinə çatdırdıqlarının bildiriblər.

   
Sakinlər bildiriblər ki, ətraf mühitin çirklənməsi uşaqlar arasında bir sıra infeksion xəstəliklərin yaranmasına səbəb olub: “Şikayət etmədiyimiz ünvan, döymədiyimiz qapı qalmayıb. Amma heç kim bizim problemlərin həllində maraqlı deyil. Bir dəfə də oilsun gəlib bizimlə maraqlanmayıblar. Ona görə, məcbur olub sizə müraciət etdik ki, bəlkə siz bizim problemlərimizin həllinə köməklik göstərəsiz”.

ALDP sədri bildirib ki, bura gəlib sizinlə görüşməkdə məqsəd sizin problemlərlə yaxından tanış olmaqdır: “Mən partiyanın hüquqşünaslarına tapşıracam ki, sizinlə əlaqə saxlasınlar, hüquqi çərçivədə şikayətlərinizi müvafiq orqanlara çatdırsınlar və problemlərin həlli üçün lazımı tədbirlər görsünlər. Hesab edirəm ki, biz birlikdə sizin bu problemlərinizi həll edə bilərik”

ALDP sədri Fuad Əliyevin şikayətçilərlə görüşünü “Bakı Milli TV” əməkdaşları lentə alıblar.

 

Xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button