“Bin Laden haqqında ABŞ yalan danışdı”

seymur herş“Pulitzer”  mükafatını almış məşhur amerikalı jurnalist Seymur Hersh, ABŞ-ın “Əl-Qaidə” lideri Usamə Bin Ladenin öldürülməsi mövzusunda ictimaiyyəti yanlış məlumatlandırdığını iddia edib. 

xural.com bizimyol.info-ya istinadən xəbər verir ki, Seymur Hersh, “Əl-Qaidə” liderinin 2011-ci ildə öldürüldüyü zaman azadlıqda olmadığını,  əksinə 2006-cı ildən bəri Pakistan kəşfiyyat orqanının əsiri olaraq bu ölkədə olduğunu yazıb.
25 milyon dollar qarşılığında 
Amerikalı jurnalist iddialarını, adını açıqlamadığı ABŞ kəşfiyyat orqanlarından birində çalışmış yüksək vəzifəli səlahiyyətliyə istinadən səsləndirib. Seymur Hersh, İngiltərədə təqdim edilən “London Review of Books” jurnalının son sayındakı yazısında, Pakistan kəşfiyyat orqanının yüksək vəzifəli bir səlahiyyətlisinin 25 milyon dollar qarşılığında Bin Ladenin yerini ABŞ-a bildirdiyini deyib.
ABŞ yalan danışdı 
Amerikalı jurnalistə görə ABŞ-ın, “Mümkün olsaydı Bin Ladeni canlı da ələ keçirə bilərdik. “Əl-Qaidə” lideri qarşıdurma zamanı öldü” sözləri də yalandır.
Seymurun yazısında bu cümlələrdən istifadə edilib: “Bin Ladenin olduğu yerdə heç bir qarşıdurma yaşanmayıb. ABŞ əsgərləri ora çatan zaman Pakistan kəşfiyyat orqanlarının əməkdaşları çoxdan getmişdilər.”
Cəsəd dənizə atılmadı
Seymur “Ağ Ev”in “Bin Ladenin cənazəsi İslam qaydalarına görə dəfn edildi və dənizə atıldı” sözlərinin də doğru olmadığını deyib. Seymur bildirib ki, başından vurulan “Əl-Qaidə” liderinin bədənindən bəzi parçalar bir cəsəd torbasına qoyulub və Əfqanıstanın Celalabad şəhərinə gedən bir vertolyotdan Hindiquş dağlarına atılıb. Seymur Hers bildirib ki, Bin Ladenin öldürülməsi Obamanın prezidentlik dövrünün ilk illərindəki ən böyük müvəffəqiyyət idi və bu hadisə onun bir daha dövlət başçısı seçilməsində xüsusi rol oynadı. Jurnalist, məsələ ilə bağlı ABŞ rəhbərliyinin fikir bildirməkdən qaçdığını da bildirib. Qeyd edək ki, Bin Laden 2 may 2011-ci il tarixində Pakistanın Abbottabad şəhərində əməliyyat zamanı öldürülüb.
Seymur Hersh kimdir?
8 aprel 1937-ci il tarixində doğulan Seymur Hershin adını, dünya ilk dəfə 1969-cu ildə, Vyetnamda ABŞ-ın 500 kəndlini öldürdüyü Mai-Lai qırğını haqqında məlumat verəndə eşitmişdi. Seymur ABŞ rəhbərliyinin qırğını necə gizlətdiyini ortaya qoymuşdu. Seymur Hersh, bu araşdırması ilə 1970-ci ildə ABŞ jurnalistikasının ən prestijli mükafatı qəbul edilən “Pulitzer”ə (Pulitzer mükafatı, New York şəhərində, Kolumbia Universiteti tərəfindən qəzetçilik, musiqi və ədəbiyyat sahələrində önəmli işlər görmüş şəxslərə verilən bir mükafatdır) layiq görülmüşdü.
Seymur Hersh, ABŞ-ın İraqı işğalı zamanı “Əbu-Qreyb” həbsxanasında ABŞ əsgərlərinin iraqlı məhkumlara etdiyi işgəncələr haqqında tutarlı məlumatlar əldə etmiş və bunu yayımlamışdı. Yazılarında xüsusilə ABŞ rəhbərliyinə və CIA-nın (Mərkəzi Kəşfiyyat İdarəsinin) gizli əməliyyatlarına fokuslanan Seymur, “Pulitzer” mükafatından başqa jurnalistika sahəsində son dərəcə prestijli “George Polk” mükafatını da 5 dəfə qazanmağı bacarmışdı.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button