Bin Ladendən dəhşətli planlar…

bin laden11 sentyabr ərəfəsində silsilə terror aktları olmalı imiş

İNRADİO.AZ “France Presse” agentliyinə istinadən xəbər verir ki, mayın 2-nə keçən gecə Pakistanın Abbotabad şəhərində qətlə yetirilən “Əl-Qaidə” lideri Üsamə bin Ladenin kompyuterindən dəhşətli terror aktlarının planları aşkar edilib. Plana əsasən, 11 sentyabr hadisələrinin 10-cu ildönümündə ABŞ-da qatarlarda bir sıra terror aktları törədilməli imiş.

Məlumatlar ABŞ Milli təhlükəsizlik nazirliyinin xidməti bülletenində qeyd olunub. Məhz bu bülleten agentliyin əlinə keçib.

Həmin sənəddə qeyd olunur ki, ABŞ-ın dəmir yollarında terror aktı planı hələ 2010-cu ilin fevralından aktualdır. Amma həmin məlumatlar yalnız ehtimal olub.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button