Bin Ladenin xələfi Əbu Yəhya oldu

Liviyalı mücahid Əbu Yahya əl-Libi ABŞ desantı tərəfindən öldürülən Üsamə bin Ladeni əvəzləyəcək. Liviyalı döyüşçü 2005-ci ildə Kabulda yerləşən hərbi həbsxanadan qaçandan sonra məşhurlaşıb.

ANN.Az-ın “Al-Arabiya” telekanalına istinadən verdiyi xəbərə görə, 40 yaşlı Əl-Libinin şəxsi keyfiyyətləri, yaşlı və bürokratik Ayman əz-Zəvahirinin keyfiyyətlərindən üstündür. Əz-Zəvahiri ABŞ tərəfindən ən çox axtarılan terrorçular siyahısına başçılıq edir.

“Əl-Qaidə”-nin yeni liderinə Ərəb yarımadasında və Fars körfəzində olan münasibət məlum deyil. Üsamə bin Ladenin dövründə gənc mücahid şəbəkənin təbliğat işlərinə baxıb. İslamçı dairələrdə dolaşan fikirlərə görə, bu şəxs olduqca xarizmatikdir və son illər təşkilatın “ürəyinə” çevrilib.

Əbu Yahya əl-Libi “İslamı əla səviyyədə bilən adam” kimi də tanınır. O, Mavritaniyada mədrəsəni bitirib və döyüş meydanlarında göstərdiyi şücayətlərə görə ona hörmət və sevgiylə yanaşırlar.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button