Bir hərf səhvinə görə bütünredaksiya heyəti güllələndi-FOTOFAKT

Stalinin adının qarşısındakı “Qlavnokomanduyuşemu” sözü “Qavnokomanduyuşemu” kimi getdi…

 

Strateq.az-ın əldə etdiyi məlumata görə, Daşkənd şəhərində dərc olunan Özbəkistan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin mətbu orqanı olan “Pravda Vostoka” qəzetinin 25 oktyabr 1944-cü il tarixli sayında bir hərf səhvi gedib. Mətnin başlığında, Stalinin adının qarşısındakı “Qlavnokomanduyuşemu” (Baş komandan) sözündə ikinci hərf – “L” hərfi düşüb və “Qavnokomanduyuşemu” (Pox komandan) kimi yazılıb… Nəticədə SSRİ Cinayət Məcəlləsinin 58-ci maddəsinə əsasən redaksiyanın bütün əməkdaşları həbs olunublar və daha sonra da güllələniblər. Qəzetin çap edilmiş bütün nüsxələri köşklərdən və evlərdən tək-tək toplanaraq məhv edilib. SSRİ Daxili İşlər İdarəsinin (NKVD) əməkdaşlarının bütün cəhdlərinə baxmayaraq, 25 oktyabr 1944-cü il tarixli “Pravda Vostoka” qəzetinin 6 nüsxəsini tapmaq mümkün olmayıb. Bu nüsxələr yalnız SSRİ-nin dağılmasından sonra üzə çıxıb və hazırda həmin nüsxələr qəzet kolleksiyonerləri tərəfindən satın alınaraq saxlanılır.

 

Strateq.az

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button