Bir il əvvəl nöqsanlara görə vəzifədən azad olunan rəis-YERİNƏ TƏYİN OLUNDU

Gəncə şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinə rəis vəzifəsinə təyinat olub.

Avtosfer.az xəbər verir ki, bu vəzifəyə daxili işlər naziri Ramil Usubovun əmri ilə polkovnik-leytenant Rəhim Zalov təyin edilib.

Maraqlıdır ki, Rəhim Zalov əvvəllər də Gəncənin DYP rəisi olub. O, ötən ilin fevralında tutduğu vəzifədən azad edilərək Zaqatala rayon DYP bölməsinə rəis təyin olunmuşdu.

Rəhim Zalovun DYP rəisi vəzifəsindən uzaqlaşdırılmasına səbəb işində yol verdiyi çoxsaylı nöqsanlar idi. Belə ki, Daxili İşlər Nazirliyindən xüsusi yoxlama qrupu Gəncə şəhər Baş Polis İdarəsində və Yol Polisi Şöbəsində yoxlamalar aparmış, nəticədə Rəhim Zalovun vəzifəsindən azad olunmuşdu.

Təxminən 1 ildən sonra R.Zalovun yenidən Gəncəyə DYP-yə rəis təyin olunması maraq düşündürücüdür.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button