Bir neçə ölkə Azərbaycana uçuşları bərpa etmək istəyir

“Bəzi ölkələr Azərbaycana uçuşları bərpa etmək istəyirlər”.

Musavat.com xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargah brifinqində Dövlət Mülki Aviasiya Agentliyinin direktoru Arif Məmmədov deyib.

A.Məmmədov deyib ki, pandemiya dövründə uçuş qaydaları hazırlanıb və Nazirlər Kabinetinə təqdim edilib: “Bir çox ölkələr Azərbaycana uçuşları bərpa etmək istəyirlər. İlk sırada Türkiyə, Rusiya, Macarıstan var”.

Onun sözlərinə görə karantin dövründə yükdaşımalarla bağlı uçuşlar davam etdirilib: “Azərbaycan 10-dan artıq dövlətə humanitar yardım edib. Aprel-may aylarında Operativ Qərargahın qərarlarına əsasən, 25 minə yaxın sərnişin çarter reyslərlə daşınıb. Bura Azərbaycandan gedən və gələnlər daxildir”.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button