Bir qoçu «barmaq qıran»…

Babalıq

Sani Süleyman da var, Sali Süleyman da var,
Bir qoçu «barmaq qıran» rabi Süleyman da var.

Sani yazıbdır nağıl, zorda mahirdir Sali,
Ali Süleyman da var, haq-talanın mürsəli,
İsmi Süleyman olan indi də çoxdur, bəli,
Amma zopa uzmanı bir yekə pəlvan da var
Bir qoçu «barmaq qıran» rabi Süleyman da var.

Rütbə tutan, pul qıran vicdani səhv eylədi,
Xalqı vurub-sındırıb əshabi-kəhf eylədi,
Bir cavanı üç «çevik» döydü və məhv eylədi,
Şillə vuran, baş yaran, şübhəsiz hər yanda var
Cani Süleyman da var, xami Süleyman da var.

Rabi Süleymanda yox səbri-qərar, hövsələ,
Harda Süleyman ki var, düşməlidir vəlvələ,
Sən – İsa Qəmbər, balam, Allaha şükr et hələ,
Ay kişi, barmaq nədi, qətlinə fərman da var
Hökmü tamam etməyə babi Süleyman da var.

Bəli, imam cəlladı dində də var,DİN-də də,
Hansı mürüvvət olar qul yaranan bəndədə?
Bir maya ki oldu zay, küt gedəcək kündə də,
Kündəni əldən qapan cinnə, quleyban da var
Babi Süleyman da var, rabi Süleyman da var.

Ay Babalıq, dünyanın çox işi nəhsdən gəlir,
Alçağa çiskin yağır – dağdakı sisdən gəlir,
Kim qapa, kim qışqıra – buyruğu üstdən gəlir,
Vatson ilə Holmsa Tobir Süleyman da var
Sani Süleyman da var, Sali Süleyman da var
Bir qoçu «barmaq qıran» rabi Süleyman da var.

“Xural” qəzeti
il: 9, sayı: 005(413), 06-12 fevral 2011-ci il

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button